Əhməd Cavadın "Göy göl" şeirində gözəlliyin təsviri (İnşa)
Səbinə Məmmədzadə tərəfindən "İnşa" bolməsinə 01:09 07 noyabr 2013 tarixində əlavə olunmuşdur

Əhməd Cavad Azərbaycanın görkəmli şairlərindən biridir. O, azadlıq və istiqlal idealarını tərənnüm şeirləri ilə ədəbiyyatımızda özünəməxsus yer tutan milli ruhlu sənətkardır. Hələ tələbəlik illərində yazdığı şeirlər onu oxucular arasında istedadlı şair kimi tanıtdırmışdır. Ə.Cavad "Yol ver türkün bayrağına!", "Dan ulduzu", "Azərbaycan,Azərbaycan", "Dağlar", "Gəncəm, hey" kimi şeirlərin müəllifidir. Həmçinin himnimizin sözləri də Ə.Cavada aiddir. Bundan əlavə şair yaradıcılığında təbiətin tərənnümünə də xüsusi yer ayırmışdır. Bu baxımdan oxucular tərəfindən maraqla oxunan "Göy göl" şeiri də onun yaradıcılığında mühüm yer tutur. Şeirdə ana təbiətin yaratdığı füsunkar gözəllik abidəsi olan Göy göl məhəbbətlə tərənnüm edilmiş, onun bənzərsizliyi bədii detallarla əks olunmuşdur. Bu şeirdə şair Vətəninə olan sevgisini, onun təbiətinə heyranlığını, Göy gölün möhtəşəmliyini əks etdirmişdir.
Göy gölü görməmiş insan belə bu şeiri oxuyarkən gözəl mənzərə çox dəqiqliklə insanın gözünün qarşısında canlanır. Bu, şairin yüksək yaradıcılıq keyfiyyətindən, ustalığından xəbər verir.
"Dumanlı dağların yaşıl qoynunda" yerləşən möhtəşəm təbiət abidəsinin qayğısına qalmağı unutmayan şair onu ziyarətə gələnlərin susmasını tələb edir. Nisgillərdən, ağrı-acılardan yorulmuş "Pəri"nin uyumasını, dincəlməsini istəyir.
Bir-birilə boy yarışına girmiş şam ağaclarını təsvir edərkən şair Göy gölün ətrafındakı həmin ağacların füsunkar gözəlliyi görmək üçün necə həvəsli olduğunu məharətlə vurğulamışdır. "Zümrüd gözlərini görsünlər deyə, Şamlar boy atmışdır, uzanmış göyə" - deyən Ə.Cavad bütün təbiətin, sanki, gölə vurulduğunu qeyd edir. Təsadüfi deyil ki, növbəti misralarda göydəki buludların, çıçəklərin, otların Göy gölün eşqi ilə divanəhərəkətlər etdiyini şair bizə çatdırır.
"Bulunmaz dünyada bənzərin bəlkə,
Zəvvarın olmuşdur bir böyük ölkə".
"Dünyada bənzəri olmayan" gölün bəşəriyyətə mənsub olduğunu xüsusi vurğulayan dahi "Olursa, qoy olsun haralı Göy göl" - deyərək təbiət möcüzəsinin elə təbiətə aid olduğunu yazır.
Sonda Göy gölə növbəti dəfə müraciət edən Ə.Cavad tərəf-müqabilindən bir istəyinin, uzaq ellərə çatdırmağa niyyətləndiyini , bir sözünün olub-olmadığını xəbər alır. "Bir sözün varmıdır əsən yellərə, Sifariş etməyə uzaq ellərə?! - deyə soruşan şair şöhrəti bütün dillərə yayılan təbiət möcüzəsi ilə vidalaşır...


... dəfə oxunub
Qiymət: 8/10(125 səs)
[qiymət ver ]
Şərh yaz
3+18=
Hesaba giriş
Müəllif

Səbinə Məmmədzadə
Haqqında
314 saylı orta məktəbin 9-cu sinif şagirdiyəm. Hərdən nələrsə yazıram. Qardaşımın yazıları mən də bu sahəyə maraq oyadıb. Gələcəkdə kitablarımın nəşr olunmağını arzu edirəm.
Əlaqə
E-mail:
sebine105@box.az
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.047 saniye