Ən çox pul qazanan yazıçılar
Əli Əhmədov tərəfindən "Məşhurlar" bolməsinə 13:45 12 sentyabr 2014 tarixində əlavə olunmuşdur

Sənətlə məşğul olanlar sadəcə yaradıcılıq qabiliyyətlərini nümayiş etdirməklə kifayətlənmirlər. Yaradıcılıq onları şöhrətləndirir, tanıdır, sevdirir, pərəstişkar ordusu meydana çıxarır və... Həm də bu adamları varlandırır, pul qazandırır.

2014-cü ildə dünyada ən çox pul qazanan yazıçıların siyahısını təqdim edirik.

1. Ceyms Peterson (James Patterson) – Macəra romanlarına imza qoyan ABŞ yazıçısı 2014-cü ildə 90 milyon dollar qazanıb.

2. Den Braun (Dan Brown) bu il 28 milyon dollar qazanıb.

3. Daniela Stil (Danielle Steel) - Məhəbbət mövzulu əsərlər yazan amerikalı qadın yazar bu il 22 milyon gəlir götürüb.

4. Canet İvanoviç (Janet Evanovich) - Eşq, məhəbbət mövzusunun yaradıcısı olan ikinci amerikalı yazıçı bu il 20 milyon qazanıb.

5. Cef Kinney (Jeff Kinney) yaradıcılığını uşaqlara həsr edən ABŞ yazıçısının gəliri bu il 18 milyon dollar olub.

6. Veronika Rot (Veronica Roth) fantastika janrında yazan gənc yazıcı "Uyğunlaşmayan" adlı romanına ssenari hazırlamaqla 18 milyon dollar qazana bilib.

7. Stefan Kinq (Stephen King) həyəcan və qorxu romanları yazan yazıçı bu il 17 milyon qazanıb.

8. Suzanna Kolins (Suzanne Collins) "Aclıq oyunları" romanına film çəkilməsi qadın yazara 16 milyon gəlir gətirib.

9. J.K.Rouling (J.K. Rowling)  - "Harri Poter" romanı ilə dünya şöhrəti qazanan və ən çox satılan kitab yazarı bu il gəlirlərini daha 14 milyon artırıb.

10. Devid Baldacci (David Baldacci) "Haqqı ödənən günahlar" romanı ilə şöhrət qazanan yazıçının bu ilki qazancı 11 milyon olub.

11. E.L.Ceyms (E.L.James) "Bozun 50 çaları" adlı romanı ilə ən çox satılanlar siyahısına daxil olan qadın yazarın əldə etdiyi gəlir cəmi 10 milyon olub. /ann.az/


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
5+9=
Hesaba giriş
Müəllif

Əli Əhmədov
Haqqında
Gününü internet yazılar oxumağa həsr edən birisi...
Əlaqə
E-mail:
ahmed_ahmed_88@rambler.ru
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.0281 saniye