Əsl ədəbiyyat sevənlər
Rufat Yaqubov tərəfindən "Digər yazılar" bolməsinə 10:59 04 iyun 2015 tarixində əlavə olunmuşdur

Əsl ədəbiyyat sevənlər

Bir neçə həftə öncə Əli və Nino kitab mağazaları və yerli yazarımız Qan Turalı arasında qalmaqal yarandı. Belə ki, Qan Turalının yenicə çapdan çıxmış “9 Hekayə adlı” kitabını Əli və Nino mağazalar şəbəkəsi satmaqdan imtina etmiş, səbəb isə anbarlarda yer olmaması, daha sonra isə yerli yazarların kitabı satılmaması idi. Ölkəmizdə kitab satışı həqiqətəndə zəifdir, bunu hamı müşahidə edə bilər, lakin ədəbiyyatımızın inkişafı və yaşaması naminə yerli yazarlara dəstək olmalıdır. Mən Qan Turalını qısa müddətdir tanıyıram, lakin gəlin bu yazarın ədəbiyyatda olan təcrübəsinə baxaq. Qan Turalı 2005-ci ildən bədii yaradıcılıqla məşğul olur. "Elektronik sevdalar" adlı şeir kitabı 2006-cı ildə çap edilib. İlk irihəcmli nəsr əsəri "Çiyələkli gecənin pornoqrafiyası" adlı uzun hekayəsi "Alatoran" jurnalının 13-cü nömrəsində çap edilib. 2011-ci ildə "Mustafa" romanı, 2012-ci ildə "Polis qorxusuyla öpüşmək" adlı esselər toplusu çap edilib.

Mustafa romanı 2011-ci ildə "Əli və Nino" kitab mağazalarında ayın ən çox satılan kitabı seçilib.

"Ədalət", "525-ci qəzet", "Reytinq" qəzetində çalışıb. Abzas.net adlı internet jurnalının qurucusu və redaktoru olub. "Azadlıq" qəzetinin köşə yazarı (2006-2011)kimi çalışıb. 2011-ci ildən Kulis.Az internet jurnalının baş redaktorudur. Görürsünüzmü, yerli yazarların kitabları o qədərdə zəif satılmır. Məyər "Mustafa" zəif roman olsa idi, ən yaxşı satılan kitab olardı? Təbii ki, yaxşı satılmaq üçün yaxşı da yaza bilməlisən. Sözsüz ki imkanı olan, lakin istedadı olmayan bir dırnaq arası yazar ağlına gələni yazıb roman halında çap etmək hüququndadır, çünkü ədəiyyatımıza bir nəzarət edən qurum və ya birlik yoxdur, əlbətdə ki, çünkü hər normal demokratik, azad ölkədə olduğu kimi bizdə də çoxsaylı özəl nəşriyyatlar var, bu belədə olmalıdır, lakin nəşriyyatlar pul xatirinə yazıya əhəmiyyət vermir və dərhal çap etməyə razılıq verir. Ama bu o demək deyil ki Buna əsaslanıb yerli yazarlarımıza hörmət qoymayıb, onsuzda kitablar satılmayacaq və size oxuyan yoxdur deyə satmaqa götürməməliyik.

Adını çəkdiyim bu qalmaqaldan sonra bir çox oxucular və yazarlar adı çəkilən Əli və Nino mağazalar şəbəkəsinə öz etirazını hətta boykot elan etməsini bildirdi. Lakin onlar qəsdi-qərəzlik edərək dünən “facebook” sosial şəbəkəsindəki səhifələrində tanınmış yazıçı Cerom Sellincerin eyni adlı “9 Hekayə” kitabının yenicə çapdan çıxması və “Əsl ƏDƏBİYYAT sevənlər üçün” adlıqı altında paylaşma etdilər. Fikir verin ədəbiyyat sözü böyük hərflərlə yazılmış, bu nə deməkdir? Məyər Qan Turalı və onun timsalında olan yazarları oxuyanlar əsl ədəbiyyat sevənlər deyil? Bu təhqir və çox böyük bir səhv oldu, beləliklə Əli və Nino bununla xeyli sayda müştəri itirə bilər, bu isə az bir göstərici olmayacaq, çünkü hazırda ölkəmizdə kitab satışını təşkil edən ən böyük şəbəkə məhz Əli və Nino mağazalar şəbəkəsidir.


... dəfə oxunub
Qiymət: 9/10(2 səs)
[qiymət ver ]
Şərh yaz
8+7=
Hesaba giriş
YouTube-da izlə
Facebook
0.023 saniye