Əsmər Qadınlara
Amin Mehdi tərəfindən "Şeir" bolməsinə 07:41 30 iyun 2015 tarixində əlavə olunmuşdur

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Yaxşı yol,əsmər qadın.
Arxanca bir kasa ümid atmışam
Geri dönəsən deyə.
Şeirlər də yazmışam
Rəsminlə dərdləşməyə.
Hələ bir də üstəlik sənlə baxdığım filmə
Bilet aldım ötən gün
Tək nəfərlik getməyə.
Arada tez yatıram
Bilirəm ki,gələcən.
Yuxuda da olsa da
Gəlib bizə dəyəcən.
Elə getdiyin gündən
Sən ən gözəl şeirim
Cümləm olmusan,qadın.
Sən ən gözəl əlvidam
Yadım olmusan,qadın.
Gözəl gəlişlim,gedişlim mənim,
Utanıram çəkməyə də adını
Yadlar eşidər deyə.
Bir vaxt dildə əzbərim.
İndi utanc yerim olmusan.
Çünki,
Getməz qadınım mənim,
Hamı inan burdadı
Bircə dənə sən yoxsan.
Biz axı başqa idik
Özümüz-özümüzlə.
Deyən hamı haqlıydı:
-Sizə belə göz dəyər!
Görən üzərlik yandırsam,
O günlər geri gələr?


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
8+29=
Hesaba giriş
Müəllif

Amin Mehdi
Haqqında
Qafqaz Universiteti (tərcümə)
Əlaqə
E-mail:
aminmehdi01@gmail.com
Sosial şəbəkə:
Facebook
Twitter
Ordenlər
Nazim Hikmət Ordeni
YouTube-da izlə
Facebook
0.0239 saniye