FAYDASIZ ISTƏK
Gülnarə Sadiq tərəfindən "Hekayə" bolməsinə 20:19 03 may 2014 tarixində əlavə olunmuşdur

Arif sərt xarakterli,heç nədən razı qalmayan biri idi.Ailəli idi bir övladı var idi.Onun əksinə Samir sakit başı aşağı,öz işi ilə məşğul olan,evdə tənha anasına və yoldaşı şəhid bacısına-onun iki övladına baxırdı.Samirlə Arif yaxın dost deyildilər.Sadəcə bir tikintidə işləyirdilər.Arif hər gün halından şikayət edir,elə hey yeyib-içib,kef etməkdən danışırdı.

Bir gün səhər Samir yolda Arifə rast gəldi.İkisi də işə gedirdi.Samir Arifi görən kimi dedi:

Samir:”Salam Arif,necəsən dost?”

Arif:”Salam,qardaş.Belə də hər gün,hər gün iş.Səncə necə olacam?”

Samir:”Buna da şükür,bu cür düşünmə”

Arif:”İnan ki,həyat mənə gülməli gəlir.”

Samir:”Niyə?”

Arif:”Elə bil ki,işləmək üçün yaranmışam,hər ağzımı açanda da səbr et,yaxşı olar deyillər.Amma elə köhnə hamam-köhnə tas.Atasan belə dünyanı zibilə.”

Samir:”Bu olmadı ki”

Bir az susdular.Onlar işə yaxınlaşırdılar.Birdən Arif israrla Samirə dedi:

“gəl bu gün işdən çlxandan sonra gedək kafeyə,heç olmasa bir gün də olsa belə biz də gün görək.”

Samir narazı halda başını yırğalayıb dedi:

“yox mən bu gün gedə bilmərəm,anamı həkimə aparmalıyam.”

Arif istehza ilə gülərək:

“ay yazıq,sənində bu işlərin heç qurtarmır.Bir gün anan,bir gün bacın.Bəs sən nə vaxt nəfəs alacaqsan.”

Samir sərt cavab verərək:

“onlar mənim ailəmdi,mənim borcumdu onların qayğısına qalmaq”

Arif yenə həmin gülüşlə:

“Bax mənə,gördüm anam yaşlanıb,mənim də səbrim çatmır artıq onun qayğısını çəkməyə,göndərdim kəndəki qardaşımın yanına.”

Samir təəcüblü halda sordu:

“Bəs sənin kənddəki qardaşın xəstə deyilmi?”

Arif:”Həə,bir az,amma neynim ee,məndə yaşamaq istəyirəm”

Deyərək dilini sürüdü.Samir mənasiz şəkildə gülümsədi.

Arif:”Hə,nə deyirsən axşama,gedək?Bax söz verirəm bircə saatlıq,sonra gedərsən evə.”

Samir ürəkdən razı olmasa da can qurtaran halda razılaşdı.Onlar işə çatdılar.Tərslikdən bu gün işləri həmişəkindən tez bitdi.Arif sevincək Samirin yanına gəldi,əlini onun kürəyinə qoyub dedi:
“Hə qardaş,getdik?Heç olmasa bircə gün kef edək.”

Samir getmək istəmirdi,Arif də əl çəkmirdi.Axırda o razılaşdı.Onlar yaxınlıqdakı kafelərdən birinə getdilər.Arif oturan kimi yemək və içki sifariş verdi.Samir içki içən deyildi.Ona görə də içməkdən imtina etdi.Arif elə hey giley edir,işləməkdən,əziyyət çəkməkdən bezdiyini deyirdi.bir qədər keçdıkdən sonra o artıq tamam sərxoş olmuşdu.

Arif:”Eh,3 günlük dünya,ye iç-kef elə,hər şey boşdu…”

Samir:”Arif,dur gedək,artıq gecdi,sən çox içdin.”

Deyərək Arifin qolundan tutub qaldırmaq istədi.Arif yerində bərk oturmuşdu.

Arif:”Samir mən getmirəm ayda-ildə bir dəfə kefə gəlmişəm.Sən də getmirsən,oturacan mənimlə.”

Samir:”Mənim işim var,getməliyəm!”

Samir sərt üz quruluşu alaraq dedi.Arif ayağa durdu,Samirin çiynindən tutaraq onu oturtdu.Samir çox əsəbi idi.Arif də onu başa düşmürdü.O bir qədər gözləmək qərarına gəldi və oturdu.arif tamam özündən çıxmışdı.

Arif:”Samir,sən gəl bir iki qədəh iç,özünə gəl,sıxılma.Dünyanın ləzzəti bu kiçik qədəhdədi.”-qəh-qəhə çəkib gülür.

Samir sadəcə başını yelləyərək səssiz cavablandlrdı.Samir tez-tez saata baxırdı,anasına tələsirdi,bacısına tələsirdi.Çox sıxıntılı idi.Arif də heç tərpənmək istəmirdi.Arif tamam özünü itirmişdi,özündə deyildi.

Arif:”sənə nifrət edirəm ey,həyat!yox ol ey dünya….”-yerində ləngər vura-vura sakit mırıldanırdı.

Samir:”Bax Arif.getmək lazımdı!”-Samir daha da sərt formada onun qolunda tutub dartdı.

Arif:”Mən heç yerə getmirəm!”o Samirə etiraz etdi.

Samir:”Əşi özün bilərsən,mən getdim.”deyərək stoldan qalxdı.

Arif Samirin bu hərəkətinə əsəbləşdi.Onu saxlamaq üçün ayağa qalxdı.Çiynindən tutub onu saxlamaq istəyəndə Samir onu itələdi.O stolun üstünə yıxıldı.Stoldakı buçaq Arifin qarın nahiyyəsinə saplandı.Arif gözləri bir nöqtəyə dirənmiş halda üzü üstə yerə yıxıldı…Onu xəstaxanaya çatdırsalar da həyatını xilas etmək mümkün olmadı.İki gün sonra Samir həbs olundu.İki ailə Arifin və Samirin ailəsi tək qaldı.Arifin qızı atasına çox düşkün idi.Onun işki həvəskarı olması həmişə qızını üzürdü.Onun ölümü qıza çox pis hiss edirdi.Gözü yolda qalan ana, bacı iki yetim uşaq isə bir ömür içki və nəfs qurbanı Samir.Dəfndən bir neçə gün sonra Arifin qızı axşam çağı dayana bilmədi,atasının qəbrini ziyarətə getdi.Qəbrin yanında oturub için-için xeyli ağlamağa başladı.Sonra qəbrdəki şəkildən gülümsəyən atasına baxdı.Çox kinayəli,dərdli bir gülüşlə dedi:

“Atacan,axırki arzuna çatdın,artıq işləmirsən.Məni atasız qoydun,anamı sənsiz qoydun.Bilirsən,nənəm üç gecədir yatmır.Hey,sənə lay-lay deyir.Nənəm deyir ki, sən qaranlıqda yatmazdın,qorxardın.(bu arada Arifin Samirlə olan söhbəti yada düşür-anası haqqında dedikləri) De,mənə ata,indi necə yatırsan burda,axı bu təzə evinin işığı yoxdu?! Ata,dünən evdə ki,məclisdə dedilər ki,içki haramdı.Onu içəni cəhənnəm adlı yerə göndərir Allah.Yəqin indi sən ordasan.Ora çoxmu pis yerdi?Sən istini sevmidin,yayda həmişə əsəbləşirdin.Orda dedilər ki,cəhənnəm çox isti olur.Darıxma,ata,bəlkə orda da fəsillər var.Bəlkə payız gələcək?!”

Körpə qızın bu məsum fəryadına bütün qəbistanlıq ağladı.Atası qəbrdə narahat oldu,onun ruhu kənardan qızını seyr edir.Arif ağzı-üzü yara,üstü başı ciriq sökük,bədəni döyülmüş formada kənarda fəryad edirdi.Ağlayıdı.Amma onun fəryadını heç kim görmürdü…Birdən Arifin ruhu daha da narahat oldu,sanki o qorxulu bir nəsə gördü.Fəryad etdi:”Gəlmə! Yalvarıram,gəlmə”deyirdi.Gələn isə şəhid balası,Samirin bacısının qızı idi.O qəbr ziyarətinə çox fərqli gəlmişdi.Əlində bir içki şüşəsi var idi,o bu şüşəni qəbrin üstünə qoydu və şüşə ilə danışmağa başladı:

-“Bax,ay iblis suyu,indi xoşbəxtsən?Mənim dayımın günahı nə idi? Sənin oyunların bitməyəcək? Bəsdir sənin acığına biz səni heç vaxt qəbul etməyəcəyik.Dayım deyir ki,sən insanları cəhənnəmə aparırsan,indi burda yatan ora gedib? Bax sən ey ölü adam! Dəydimi bu gün üçün? Dəydimi məsum dayım üçün?-(sonra əllərini göyə qaldırıb ,fəryadlı bir dillə dedi) – Ya Rəbbim,sənə şikayət edirəm bu şüşəni(qəbrin üstündəki şüşəyə işarə edərək) bunu içəni və içirənləri.Sən bunları bağışlama.Şəhid atam da bağışlamazdı.O məni ağladana nifrət edərdi indi də məni tək qoyana nifrət edir.Sən heç nəyə dəymərsən,ey şüşə!”

Balaca qız bu sözləri dedikcə Arif qovrulurdu,onun gözlərindən,ağzından dəhşət qorxusu duyulurdu.Bir anda bütün üzü,ağzı və dili qanlar içində qaldı.Arifin qızı Samirin bacısı qızına yaxınlaşdı,onun əlindən tutub qaldırdı:

“mən bilirəm ki atamı dayın öldürməyib,atam özü bunu mənə yuxuda dedi.və tapşırdı ki,qardaşımı heç vax içki içməyə qoymayım.Gəl gedək bunu hər kəsə deyək.Bəlkə o zaman atamın əzabı azalar”

 


... dəfə oxunub
Qiymət: 10/10(1 səs)
[qiymət ver ]
Şərh yaz
9+19=
Hesaba giriş
Müəllif

Gülnarə Sadiq
Haqqında
Gülnarə Sadiq – Qasımova Gülnarə Ələkbər qızı 1985-ci il Azərbaycan respublikası,Gəncə şəhərində anadan olub.İlk təhsilini 2000-ci ildə həmin şəhərdə bitirdikdən sonra Gəncə Dövlət universitetinə qəbul olmuş və 2006-cı il həmin unuversiteti bitirmişdi.Uşaqlıq illərindən ədəbiyyata olan marağı Gülnarə qısa şeirlər yazırdı.Yazıları “Töhvə”, “Odlar Yurdu“qəzetlərində,”Məhəbbət işığında”,”Gəncliyin Səsi” almanaxlarında derc edilmişdi.Gəncə Dövlət Universitetinin nəzlində fəaliyyət göstərən “Gəncliyin Səsi”ədəbi dərnəyinin üzvü olmuşdu.Halhazırda www.vehdet.org saytının baş redaktorudu.
Əlaqə
E-mail:
edebi-islami.vehdet@yandex.ru
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0225 saniye