Fəlsəfə=mahiyyət
Nemət Cabbarov tərəfindən "Elmi məqalə" bolməsinə 11:01 19 aprel 2016 tarixində əlavə olunmuşdur

Fəlsəfə, insanın dünyaya, təfəkkürün varlığa münasibətidir. Onun əsas predmetini “dünya-insan” münasibətləri təşkil edir. Fəlsəfə ilə məşğul olmaq meyli fitridir, hər kəsə xasrdır, çünki, dünyanı dərk etmək istəyi hər bir insanda mövcuddur. Bu baxımdan Fəlsəfə insana yad deyil, onun daxili tələbatıdır. Filosofluq etmək fərdin, filosof cəmiyyətin ehtiyacıdır. Hər kəs elmli, məlumatlı ola bilər, ancaq, hər kəs filosof ola bilməz. Çünki, yalnız bilik filosof olmaq üçün kifayət deyildir. İnsan nəfsini yenməyi bacararsa, özünü tam şəffaflığıyla dərk edərsə filosof ola bilər. Fəlsəfənin də vəzifəsi bizdə bu xüsusiyyətləri yaratmaq, düzgün həyat tərzi formalaşdırmağa yardım etməkdir. “Fəlsəfə bizə düzgün yaşamağı öyrətməlidir”-antik Yunan filosofu Sokrat deyirdi. Fəlsəfə ilə məşğul olmaq həqiqəti dərk etməyə cəhd etməkdir, həqiqəti dərk etməksə Filosof olmaq. Bəs filosof kimdir? Şərq və Qərb təfəkküründə filosofa münasibət fərqlidir: Şərqdə filosof dedikdə müdrik yol göstərən, qərbdə isə uğurlu nailiyyətləri ilə elmə xidmət edən ziyalı mütəfəkkir başa düşülür. Şərqdə dünyanı dərk etməyin, filosof olmağın yolu ilk öncə nəfsi yenmək, ruhu paklamaqla, qərbdə isə ağıl, məntiq, deduksiya ilə mümkündür. Şərqdə həqiqəti dərk edənə arif, qərbdə isə filosof deyilir. Ümumilikdə həm şərq, həm qərb təfəkküründə fəlsəfənin mahiyyəti cərəyanlar dəyişdikcə dəyişir. Burada filosofların fərqli dünyagörüşləri də mühüm rol oynayır. Məsələn: fəlsəfə Hedonistlərə görə “ xoşbəxt yaşamaq üçün bir sistem” ( Epikür), Rasionalistlərə görə “ insan zehninin mahiyyətini incələmək” ( Devid Yum), Sensualistlərə görə “ beş hiss üzvüylə qavranılan məsələlərlə maraqlanmaq” ( Leybnits), Teoloqlara görə isə “ mövzusu tanrıdır, tanrının sübutudur” ( Tomas Akvinas). Göründüyü kimi fəlsəfi istiqamətlər dəyişdikcə fəlsəfəyə münasibətdə dəyişir. Bu baxımdan fəlsəfinin mahiyyətini filosofların dilindən almaq mümkün deyil. Çünki, filosof nə qədər müstəqilliyə cəhd etsədə doqmatik olaraq öz cərəyanına sadiqlik göstərəcək və qeyri obyektiv yanaşaraq fəlsəfəyə öz mövqeyindən tərif verəcək. Necə ki, Karl Yaspers çoxlarından fərqli olaraq fəlsəfəyə belə tərif vermişdi: “ fəlsəfə ölümü öyrənməkdir”. Çünki, Ekzistensializm cərəyanına mənsub olan filosofun dünyagörüşü məhz bu səpkidə formalaşmışdı. Deməli, fəlsəfənin mahiyyətinin nə olmasında problem filosoflarda deyil onların gerçəkliyə münasibətindədir. Bəs gerçəklik nədir? Gerçəklik şüurumuzdan asılı olan və olmayan obyektiv reallıqlardır. Biz gerçəkliyin nə olduğunu müəyyənləşdirməliyik ki, fəlsəfənin nə olduğunu bilək. Çünki, fəlsəfə gerçəkliyi dərk etməkdir. Bunlar fəlsəfəyə subyektiv münasibətlərdir, obyektiv münasibətsə bir qədər çətindir. Fəlsəfənin mahiyyəti nədir? sualının cavabında deyə bilərik: fəlsəfə özü mahiyyətdir. Məsələn, təbiətin fəlsəfəsi, yəni, təbiətin mahiyyəti, həyatın fəlsəfəsi, həyatın mahiyyəti. Ümumilikdə şərq təfəkküründəki filosofun pak ruhunu, qərbdə yüksək zəkasını ümumiləşdirərək fəlsəfə nədir? sualına belə cavab vermək mümkündür: fəlsəfə pak ruhun süzgəcindən keçən ağılla dünyanın dərk edilməsidir.


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
3+9=
Hesaba giriş
YouTube-da izlə
Facebook
0.0347 saniye