13 Mart 1997. Feniks. Arizona.
Arizona ştatının sakinləri qəflətən səmada peyda olan parlaq cismləri gördülər. Onlar bu barədə ABŞ FTB-na xəbər verdilər. Zənglərin ardı-arası kəsilmirdi. Lakin heç bir məsul şəxs əhaliyə lazımi cavab vermirdi. O gündən bu vaxta kimi həmin parlaq cismlərin nə olduğu dəqiq olaraq heç kimə məlum deyil. ABŞ hökuməti də rəsmi şəkildə bu hadisəyə heç bir münasibət bildirməyib. Çoxları tərəfindən ABŞ ordusunda yeni döyüş təyyarələrinin hazırlandığı və sınaqdan məhz həmin gün keçirildiyi deyilsə də, bunların mümkün UNO-lar ola biləcəyi də fərziyyələr sırasındadır.