Gecənin mahnısı
Nigar Şahsuvarova tərəfindən "Hekayə" bolməsinə 07:30 10 noyabr 2014 tarixində əlavə olunmuşdur

Toğrul 30 yaşını yaxınlarda tamamlamışdı. Əslində ad günü keçirmək onluq deyildi. Sevmirdi düzü. Səbəbi də vardı. Uşaqkən atasını itirdiyi gün ad gününə bircə gün olmuşdu. 10 yaşı vardı o zamanlar.

Atası vəkil idi. Ən qalmaqallı məhməkələrdə onun adı mütləq keçirdi. Ağır cinayətləri törədən caniləri müdafiə etməsi ətrafda müsbət qarşılanmırdı. Amma az qala yarıallah qədər pərəstiş edirdilər ona. Peşəkarlığına söz ola bilməzdi. Həmişə udmurdu. Uduzan zaman belə heyranlıq duyulurdu şəxsiyyətinə. 

Atası kimlərin qurbanı olmuşdu bəs? Bunu gec öyrəndi. Onun ölümündən 7 il sonra. Maşın qəzası planlaşdırılmış qətl idi. Və atasının uduzduğu məhkəmələrin birinin əsas obyekti sayılan narkobaronun amansız qisası.

Polis olmağa nə vaxtdan qərar vermişdi? Özü də bilmirdi düzü. Anası bundan xəbər tutan kimi elə haray-həşir qaldırmışdı ki, gəl görəsən. Qadın ərinin ölümünü qəbullanmamışdı ki, oğlunu arzusu onu əməlli-başlı cinləndirdi.Amma Toğrul öz qərarında qətilik nümayiş etdirdi.

Kimin oğlu olduğunu bilməyən yox idi. Ona göstərilən soyuq, laqeyd münasibəti heç vecinə də almırdı. Polis akademiyasını bitirərək peşəsinə başlanğıc verərkən ona etibar etmirdilər. O isə dözürdü.

Qış günlərinin birində göstərdiyi "performans" ona etibarlılıq qazandırdı. 3 nəfər xain polisi, 2 nəfər canini qeyri-normal şəraitdə ələ keçirtdi.

Anası Fatimə xanım hər an yeganə balasına dualar edirdi. Oğlunun evə sağ-salamat gəldiyini görənədək gözünə yuxu getmirdi.

Toğrulun sol qulağı karlaşmışdı, əgər belə demək mümkündürsə. Şəhərdən bir az kənar ərazidə baş verən partlayışın izləri idi.

Atasını düşünmək ona çox ağır idi. Bəzən onu gözləyən anasına deyil, küçə qadınına ehtiyac duyardı. Etdiyinin cinayət olduğunu bütün çılpaqlığı ilə dərk edirdi, amma əlindən heç nə gəlmirdi.

Gecənin mahnısı səslənirdi FM dalğaların birində. Dinləyə-dinləyə nostalji duyğulara qərq olurdu. Gözlərini yumub sarışın fahişənin saçlarına sığal çəkirdi...

 


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
1+20=
Hesaba giriş
Müəllif

Nigar Şahsuvarova
Haqqında
Yazar, kitabsevər, kinoman.
Əlaqə
E-mail:
nigarshah92@mail.ru
Sosial şəbəkə:
Facebook
Ordenlər
Cəlil Məmmədquluzadə Ordeni
YouTube-da izlə
Facebook
0.0265 saniye