Gedənlərə 2
Amin Mehdi tərəfindən "Şeir" bolməsinə 08:30 30 iyun 2015 tarixində əlavə olunmuşdur

Səssizəm,sənsizəm,tənhalıqdayam
Kədər dənizinə yelkən açmışam.
Sən yoxsan,deyəsən,səhralıqdayam.
Bir damla eşqinə həsrət qalmışam.

Səndən danışıram bu boz şəhərə.
Bu yollar ayırdı bizi sevgidən.
Son qoymaq istədim dərdə,kədərə.
Sən keçdin,bu qəlbim keçmədi səndən.

Niyə tez gəldi ki,payız ömrümə?
Deyəsən,təbəssüm yaraşmır mənə.
Gedərkən bir xəncər vurdun qəlbimə.
Qürurum qoymadı qal deyim sənə.

Keçirəm indi mən sənsiz yollardan.
Görən,neçə ayrılığa şahid bu yollar?
Kədər ayrılmırmış heç vaxt qollardan.
Həqiqət olmurmuş bütün xəyallar.


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
5+12=
Hesaba giriş
Müəllif

Amin Mehdi
Haqqında
Qafqaz Universiteti (tərcümə)
Əlaqə
E-mail:
aminmehdi01@gmail.com
Sosial şəbəkə:
Facebook
Twitter
Ordenlər
Nazim Hikmət Ordeni
YouTube-da izlə
Facebook
0.0193 saniye