Çox vaxt qazandığım uğurları ortalığa qoyub fikirləşirəm, görəsən onların hansı birinin əldə olunmasında ən az əziyyət çəkmişəm və ya hansı üçün daha çox əmək sərf olunub ?. Hansının qazanılması sevinc gətirib , hansınınki adi qaydada qarşılanıb.. Uğur anlayışı nədi mənimçün ? . Nəyin gəlişini tarixi gün kimi qeyd eləmişəm . Bu günədək yaşadıqlarım icərisində xoş olan , əhval-ruhiyyə dəyişiminə gətirib çıxardan çox hadisəylə rastlaşmışam . Hə , indi deyim ki , -onların hamısı istənilib və buna görə də mən hər istəyimə çatan biriyəm – yalan demiş olaram . Quruluş etibarilə həyatdan çox şey tələb eləyən birinə oxşasam da bir o qədər də bununçün xüsusi çaba göstərməyən , axışına buraxıb – nə olar-olar , prinsipinə əməl edənlərdənəm . İstərdim, arzulama prosedurunu burada az da olsa qeyd eləyim . Məsələn . bir iş haqqında öncə düşünə bilərəm onun icrasına gəlib-gəlməmək barədə tərəddüdlərim az olmaz . Sonra “ daşı ətəyimdən töküb “ başlayaram həyata keçirmə aşamasına . Təbii ki bu mənə asand başa gəlməyəcəkdir , bunuçün ilk növbədə ona xərclənəcək vaxt və ondan da önəmli əziyyət lazım olacaqdır . Bax elə məhz bu mərhələdə mənim özümə verdiyim ilk sual – öhdəsindən gələ biləcəksənmi ?- olur . Sualın ağızdan çıxmasıyla ondan vazkeçməyim arasında vaxt elə də uzun çəkmir . Bəli , qarşıda məni gözləyənlərin “ vahiməsi” məni qorxudar və az müddətliyinə də olsa ondan imtina edərəm . Amma öncədən də qeyd elədiim ki bu elə də çox çəkmir hər nə qədər çətin olsa da mən o “ mübarizəyə” özümü vadar eləyərəm . Gedişatda verdiyim qərar ,- gül kimi uzaqlaşmışdın , təzdən niyə qayıtdın ki ?- sualları və buna bənzər hallar yaşasam da – yaxşı ki , gəldim, elə lazım olan da buydu- dediyim də oldu ..... Və təbii ki , hər şeyin başlanması sonda əldə edəcəyin nəticəylə bağlı olur . Yəni , sənin çəkdiyin bu qədər zülmün bir adı var -O Uğuru Qazanmaq !-. .. Nəticə özündən əvvəl həyəcanını gətirir . –Oldumu , olmadımı, bacardınmı , alındımı ?- suallarıyla özünü didib –yeməkdəsən . .. Və budur vaxt vədə yetişir sən bu və bunun kimi bütün suallarına cavab tapmış vəziyyətdəsən . Uğur sənin qapının ağzındadır və sən tərəfindən qarşılanmasını gözləyir . ... Missiya tamamlanmışdır sən bu günədək olanlara görə öncə özünə və əziyyəti keçən hər kəsə minnətdar olmaqdasan ... ... Yuxarıda qeyd etdiyim ki , istəklərinin çox olmasıyla seçilən biri deyiləm . Bu, təbii ki , həm özümdən aslı , həm də - birdən arzulayaram və o da alınmaz- qorxusundan irəli gəlir. Həmişə niyəsə , nəyəsə başlamamışdan əvvəl onun qorxusunu ləzzətindən daha çox yaşayıram . Hər yeni şey həmişə sevinməyə gətirib çıxartmır- düşüncəsinə sahibəm. Amma yaxşı ki , bu elə düşüncə olaraq da qalır həyata keçirməyimə çətinliklə də olsa əsaslı şəkildə təsir göstərmir. Açığı qorxu hissi gözlədi əslində , məsuliyyətdən irəli gəlir . Sən içində olduğun vəziyyəti dərk edirsən , ciddiliyinin fərqindəsən . Sıradan və adi olmadığını anlayırsan . Əlbəttə , işin bu yerdə olması , daha çox işləməyin deməkdir ki , bu da uğura daha yaxın olmağın anlamına gəlir . .. Başlıqda gətirdiyim sitata gəldiksə çoxumuzun yeniliyə cəhd göstərməməyimizin səbəbi ( elə mənim də ) ondan uzaq qaçmağımız , maneələrdən irəli gəlir . Əlavə güc , kənardan müdaxilə , “ mərdiməzarlıq” ,tərslik adını qoyduğumuz anlaşılmayan vəziyyət .. Bunlar zamanla hər birimizin rastlaşdığımız qeyri-adi olmayan hallardı . Əsəbləşirik , özümüzdən çıxırıq , vazkeçirik , imtina edirik ... daha nələr-nələr ... Amma nə qədər sıradan səslənsə də təmkinli vəziyyətdə fikirləşsək o tərslik dediyimiz şeyi də əslində pzümüzün yaratdığını görmüş olarıq . Bəlkə psixoloji bəlkə şişirtdiyimizdən bəlkə hədsiz həsaslığımızdan , bilmirəm .. amma hərdən zamana buraxıb oturub sadəcə qıraqdan baxmaq da pis olmaz. Hər şeyin üstünə gedirik səbəbkar axtarırırq , kimlərsə günahlandırılır amma unutmaq lazım deyil .. “ Gəmilərin çoxu bir insan və insanlar tərəfindən batmışdır , dənizin “ sayəsində deyil “...