Gerçək sevgi yoxdu daha.
Nələr eləsən görünməz.
Canını versən bilinməz.
Xatirələrdən silinməz.
Gerçək sevgi yoxdu daha.
Nə vəfa var sədaqət var.
Xoşbəxtlik var səadət var.
Məhəbbət yox xəyanət var.
Gerçək sevgi yoxdu daha.
Qızıl daş-qaş səltənətdi.
Gözəllikdi var-dövlətdi.
Məyər bunlar məhəbbətdi?
Gerçək sevgi yoxdu daha.
Yoxdu daha qəlbdən sevən.
Sevgi üçün canın verən.
Sevginin qədrini bilən.
Gerçək sevgi yoxdu daha.
Bu gün gələn sabah gedir.
Yəni ümid yox sabaha.
Bizim gördüyümüz kimi.
Gerçək sevgi yoxdu daha...