Gören niye gedenleri sevirik?
Nüsrət Həsən tərəfindən "Şeir" bolməsinə 00:35 08 may 2014 tarixində əlavə olunmuşdur

Neçe vaxtdır düşünürem, ne üçün
Bizleri terk edenleri sevirik?
Qalanların qiymetini bilmirik,
Gören niye gedenleri sevirik?
***
Eziz olan qalır gözden qıraqda
Birce kelme şirin sözden qıraqda.
Bizi seven qalır bizden qıraqda
Özgesini sevenleri sevirik.
***
Geden gedib, xeyalından doymuruq.
Qalanlara efsus mehel qoymuruq.
Derdimize ağlayanı saymırıq,
Halımıza gülenleri sevirik.
***
Açılmayır heyatın bu düyünü,
Çekmeliyik ayrılığın yükünü.
Layiqince yaşamırıq bu günü
Biz qayıtmaz dünenleri sevirik.
***
Çetin yola biz yoldaşsız çıxmırıq.
Yol boyunca qelbimizi sıxmırıq.
Elimizden tutanlara baxmırıq,
Yanımızdan ötenleri sevirik.
***
Sevgimizi gözleyenler küsmesin.
Her söze can söyleyenler küsmesin.
Sefamızı isteyenler küsmesin,
Cefamızı güdenleri sevirik.

Qalanların qiymetini bilmirik,
Gören niye gedenleri sevirik?!
***
Müellif: Nüsret Hesen


... dəfə oxunub
Qiymət: 9/10(3 səs)
[qiymət ver ]
Şərh yaz
7+4=
Hesaba giriş
Müəllif

Nüsrət Həsən
Haqqında
Sabirabadlı
Əlaqə
E-mail:
nusret.hesen@gmail.com
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0214 saniye