Nə acı , nə şirin sözə inanma ,
Gözlərdir - ürəyin danışan dili !
Saxtakar dünyanın halına yanma ,
Gözlərdir - ürəyin danışan dili !
Gözlər var , namərdi önündə əyər ,
Gözlər var , acizdir , ancaq göynəyər ,
İnsanın iç üzün açıb söyləyər ,
Gözlərdir - ürəyin danışan dili !
Qəmi unudanın sevinci olmaz ,
Bu dünya nə mənə , nə sənə qalmaz ,
Ürəkdən su içir , səbəbsiz dolmaz ,
Gözlərdir - ürəyin danışan dili !
Gözlərdir - ürəyin danışan dili !
YAQUT HÜSEYNOVA