Gülmə (qəzəl)
Cavid Hüseyn Ulusoy tərəfindən "Şeir" bolməsinə 10:33 14 aprel 2014 tarixində əlavə olunmuşdur

Ey varlı cənab, gəl kasıbın halına gülmə!

Məhşərdə düşərsən onun əhvalına, gülmə!

 

Yoxsul bilirəm əsli nəcabətli olubdur,

Əvvəlləri dərk eyləmədən dalına gülmə!

 

Sən Allahın əmrində duran qul sayılırsan,

İndi baxıb işlətdiyin hambalına güımə!

 

Saqqal buraxıb özgələri yamsılayırsan,

Gəl, öz babanın qar kimi saqqalına gülmə!

 

Hər bir ağacın meyvəsi bir gün yetişəndir,

Elbet yetiser sebr ele bir, kalına gülmə!

 

Cavid, özün öz halına yan, halına ağla,

Tök gözlərinin yaşını dəsmalına, gülmə!


... dəfə oxunub
Qiymət: 10/10(4 səs)
[qiymət ver ]
Şərh yaz
10+2=
Hesaba giriş
Müəllif

Cavid Hüseyn Ulusoy
Əlaqə
Tel.:
0516338535
E-mail:
cavid_huseynov_96@inbox.ru
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.0273 saniye