Hava limanında gözləyən qadın
Bəyaz Məmmədova tərəfindən "Digər yazılar" bolməsinə 23:58 25 iyun 2014 tarixində əlavə olunmuşdur

Hava limanında illərin yorğunluğunu yanına alıb oturmuşdu.O sadəcə öz təyyarəsini gözləyirdi.O sadəcə keçmiş günlərinin həsrəti ilə alışıb yanırdı.Ətrafında heç kim yox idi.Kimisi bilet alır,kimisi kafedə oturub çayını udumlayırdı.Ətrafındakı kimsəsizliyi kimsəyə başa sala bilmirdi.Çünki kimsəsiz idi.Gözləri beş dəqiqədən bir yol çəkirdi amma hara olduğunu bilmirdi.Kimsəsiz adalara,kimsəsiz ölkələrə gedirdi gözləri bir anlıq.Sonra yenə köhnə xatirələrinə qayıdırdı.Bir vaxların kimsəsizliyini doldurmuş insanın onu necə yenidən kimsəsiz qoyduğunu analiz etməyə başladı.O kimsəsizliyin romanını yazan qadın idi.Beynində səhifələrcə kimsəsizlik kəlimələri doldurmuşdu.O öz xoşbəxtliyini başqaların xoşbəxtliyinə qurban verın bir qadın idi.O öz kimsəsizliyini hava limanları ilə bölüşən qadın idi.Bununla birlikdə bəlkə də beş dəfə hava limanına gəlmişdi.Hər dəfə də eyni stulda oturmuş,eyni xəyalları qurmuş,eyni göz yaşlarını tökmüşdü.Amma fərqli insanlar ucbatından eyni göz yaşlarını eyni yerdə tökmək ona dağıdıcı bir zərbə endirmişdi.Hava limanları dostu idi artıq.Altı ölkənin hava limanı onun tanışı idi.Bəzən xoşbəxt olacağından qorxurdu.Hava limanına bir daha dərdlərlə birlikdə gələ bilməyəcək deyə.Qəribə idi.Elə gizlin ağlayırdıki onun göz yaşlarını heç kim görmürdü.O sadəcə ağlağan bir şəhzadə idi.Heç kimin bilmədiyi və görmədiyi.Amma bəlkə də heç kimin sevmədiyi və sevəmədiyi.
Saatı eyni idi.09:00 radələri.Hər zaman bu vaxtı hava limanına öz təyyarəsini gözləyərdi.Sakitçilik və insan azlığı onun dünyada sevdiyi ən gözəl hiss idi.İnsanların azlığına görə məhz birinci reysə üstünlük verirdi.Onları səsləri belə qıcıq edirdi bəzən.Dərdlərdən yoğrulmuş qadın təsəllisini bəlkə də səmada olan buludlarda tapırdı.Yay və ya qış fərqi yoxdu.Buludlar onu dinləyirdi.Təyyarənin şüşəsi nə qədər onların canlı dərdləşmələrinə icazə verməsə də qadın bəzən onu buludlara qaldırdığı üçün təyyarəyə təşəkkür edirdi.Bu dəfə təyyarəsi gecikmişdi.Hava payızdan bir azca keçmişdi.Soyuq adamın iliyinə işləyirdi.Havada olan külək nəticəsində təyyarəsi gecikən qadın üşüyərək əllərini bir-birinə sürtüşdürdü.Gözlərini bərəldib,dodaqlarını bir-birinə sıxdı.Həyatın onu sıxdığı qədər olmasa da soyuqdan dodaqlarını elə möhkəm sıxırdı ki onları azad etdiyi zaman onların al qırmızı olmaması mümkün deyildi.Saat artıq 09:30 idi.Yarım saata sadəcə özünü isitməklə məşğul olan qadın səbrsiz halda uzun amma bir o qədər də hündür olan çirkli pəncərədən təyyarə zolağına baxdı.Onun gəlib-gəlmədiyi dəqiqləşdirmək üçün qulaqlarını diqqətlə yola tərəf şəkləyib dinlədi.Amma yenə bir səs yox idi.Təyyarəsi gecikmişdi.Bəlkə də gəkməyəcəkdi.Yolda buludlara qarışaraq qeyb olacaqdı.İçindəki insanları belə özü ilə qeyb edəcəkdi.Onların xəyallarını,onların arzularını,sevgilərini,kədərlərini,ümidlərini,keşmişini,gələcəyini hətta göz yaşlarını belə özü ilə birlikdə qeyb edəcəkdi...Amma yox budur gəlirdi.İnsanlara zərə vermədən,onları səmanın cəngərliklərindən azad edərək gətirən təyyarəsi gəlirdi.Səssizcə,sakircə gəlirdi.Uzaqdan ən məsum bir körpə kimi görünürdü.Amma heç kim bir təyyarənin o tufanda içəridən necə silkələndiyini bilə bilməzdi.Qadın belə bilmirdi.Bunu sadəcə təyyarədəkilər bilirdi.Uzaqdan hər şey sakit görünsə belə içəridə baş verən titrəyiş sərnişinləri peşman,təyyarəni isə günahkar edirdi.


... dəfə oxunub
Qiymət: 8/10(2 səs)
[qiymət ver ]
Şərh yaz
2+26=
Hesaba giriş
Müəllif

Bəyaz Məmmədova
Haqqında
Kədəri də,sevinci də layiqincə yaşayın.Yeri gəlsə qışqıraraq ağlayın,yeri gəlsə qəhqəhə çəkərək gülün.Nə ağlamaqdan,nə də gülməkdən utanmayın.Təsəllilər isə təsəlli olduğu müddətcə təsəlli kimi də qalacaq....
Əlaqə
E-mail:
beyaz.queen@gmail.com
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0264 saniye