Salam... Necə olduğunuzu bilmək istəmirəm. Siz mənim canımsınız.. Sevimlilərimsiniz.. Millətimsiniz.. Amma güvənə bilmirəm sizə.. Birdən mən də ölümcül bir xəstəliyə tutulsam, sadəcə ürəyi olan kütlə məni qurtarmağa səy göstərər. Əsla yekəqarın, gombul "xəzinədarlar" piyli dallarını kreslolarından durğuzmaq iqtidarında hiss etməzlər özlərini. Heç mənə irad tutmayın. Çox qəzəbliyəm... Nifrətimi isə sadəcə yazılarımda qusa bilərəm. 15 yaşın verdiyi əlibağlılıq məni sadəcə yazmağa vadar edir. Ayrı da nə edərəm, bilmirəm...
Bilirsiniz, əslində, heç nəyi dəyişmək olmur.. Biz boş yerə qanad çırpırıq... Və elə bir vecsiz bir məkanda qolları bağlıyıq ki, hansı hədəfdən dəm vurursan deyərək, məni və mənimkimiləri döndərməyə çalışırlar.
Hə.. Düz anladınız. İndi də sizə "Hədəflərə doğru addım-addım" layihəsinin ikinci bölməsində yoldaşlıq edəcəm. Əzizlərim, inanın, indi qəzəbliyəm, qarşıma çıxan hər qalstuklu çaqqalı məhv etməyə yetər nifrətim..
Gəlin, bir anlaşma edək. Mən əsla burda təxribatdı, hər nə zibildi bu işlə məşğul olmuram. Olmaram da. Yaramaz onsuz da. Heç kimə görə də zibilə salmaram özümü. Sadəcə tək bir anlaşma. Bir günlük hiss edin ki, damarlarınızda türk qanı axır.. Ləzgisidir, talışıdır, yerazıdır durub mənə mən azəri deyiləm deməyin, qardaş. Mən sizə azəri olduğunuzu demədim. TÜRK olduğunuzu dedim.
Anlayın məni,lütfən. Bu yazım daha sentimental və hərdən də çox qəzəbli olur. Təzyiq hərdən qalxır düşür. Sizinsə pultunuz kiminsə əlindədir...
Yəni, oyuncaq, kukla obrazını yaradırsız artıq.. Anlada bilirəm?
Öz fikirlərinizi, düşüncələrinizi deməyə qorxursuz, çünki birdən tutub basarlar içəri. Ya da dubinkayla döyərlər.. Flan flan flan..
Demirəm ki, gedin casusluq, canilik edin. Deyirəm ki, özünüzü tanıyın..
Bu gün, yəni 10.03.2014 tarixində Nərmin Hüseynlini itirdik. Necə bir acıdır bir bilsəniz.. Utandım həm də.. Boynum bükük qaldı, Nərminin ruhunun önündə... Çox dərinlərdə bir yerdə sanki yaxımı itirmişəm kimi bir hiss yarandı içimdə.. Hədsiz ağır xəstə olan bu gənc qıza soydaşlarım öz yardımlarını əsirgəmirdilər. Və sadəcə 40 min pul çatmadı.. Bununçun də həyatın ətrafında pərvənatək fırlanan o insan bu gün həyata gözlərini yumdu.. Nədir hə?40 MİN. Bunu dövlətimiz də qarşılaya bilərdi. Nədir ki? Hə, nədir də?
Sözüm sizədir, ey müflisləşmiş pullu donuzlar, sizin hər biriniz ən azı 5000 manat pulla belə yardım edə bilərdiniz ona.. Ya da nə bilim.. Mən də,mənimkimilər yardım edə bilərdi..Lakin mənim kimi evə çöküb qalanlar isə sadəcə dua edirdilər onunçun.. Məkanı cənnət olar inşallah..
Bu yazıma birdən daxil oldu... Və elə bu yazının ab-havasını da dəyişdi Nərmin..
Sizə suallar verəcəm yenə.. Ətraflı yazın cavabları.. Keçən dəfəki kimi yox. Niyə bu cavabı seçdin? Onu da yazın.. 4-cü yazım daha kobud olacaq, bildirim dedim. Birinci yazıda cavab yazan hamıya hədsiz minnətdəram. Amma bu dəfə daha dolğun yazın..
I. Müharibə deyəndə nə düşünürsüz?
II. Aclığın tərifini dedilər o gün mənə.. Güldüm sadəcə..
Aclıq nə deməkdi sizcə?
III. Pul əl çirkidir, yoxsa bərəkət? ( P.S. Birinci Addım kitabının cümlələrini işlətməyək)
IV. Elə düşünün ki, bu gün ölmüsünüz. Və ölümüzdən sonrakı hər anı dəqiqliklə görürsünüz. Görəcəyiniz mənzərə nə olardı?
V. Sosial şəbəkələrdə insanların "aktivlikləri" nə olur?
(Tanışlıq, söz atmaq, hansısa reklam bunları bilirəm, bilmədiyimi deyin)
VI. Kitab yazsaydınız, baş qəhrəmanınızı sonda sağ mı saxlayardınız, öldürərdiniz mi? (P.S. Mən öldürərdim, çünki o artıq məni tanıyır )
VII. Dəli olmaq nə deməkdir?
VIII. Seriallardakı "ifritə" obrazlara qarşı empatiya duyduğunuzu bilirəm. İndi mənəd deyin görüm, kütləvi sürətdə serialları necə məhv etmək olar?
Suallarıma tam dəqiq, ətraflı cavab verin. Bunu hamıdan rica edirəm.
Bir gün öləcəksiniz, unutmayın....
Müəllif : Xuraman
P.S.Burda yazılanlardan müəllif məsulliyyət daşıyır.
© Bermud Production.