həsrət palatasından
İbrahim Abdullayev tərəfindən "Şeir" bolməsinə 02:19 25 yanvar 2015 tarixində əlavə olunmuşdur

Salam sevgilim
Sənə çox uzaqlardan yazıram,
bir xəstəxana otağından.

***

Həkimlər səhər gəldilər
"Ömrünə bir neçə ay qalıb" -dedilər
Hələ arsız-arsızda
təsəllidə verdilər.
Guya ümüd var imiş
Ümüd xoş hisslər duymaq
sağalıb ayağa qalxmaq
Ümüd gözəl günləri
yenə düşünməyimiş.
Məndə inandım.
Saxta təbəssüm satıb
ayağımı uzadıb
yerimə uzandım

***

sevgilim
Sənə çox uzaqlardan yazıram,
Həmin o xəyallarımız tərəfdən...
Yox
bura xəstəxana deyil
Məndə vərəm deyiləm
Son günlərimi
sənsiz yaşamaq yorur məni
Ciyərdəki yaram yox
sənsizlik boğur məni.
Həyatda doymadığım şey
körpə uşaq ətrindi
Bu son günləri sənsiz
yaşamaq çox cətindi

***

sevgilim
Sənə çox uzaqlardan yazıram,
Pəncərəmin önündən

***

Burda hər yer yam-yaşıl
Deyəsən bahar gəlib
Payızda çıxıb gedən
lalə, qaranquş gəlib
Nə qəribə hissdi bu
son dəfə bahar görmək...
Bəxtəvərəm əzizim
Hərkəsə qismət olmaz
bir bahar günü ölmək

***

sevgilim
yaxşıki rastlaşmışıq
Qısa həyat yolunda
bir dəfə qarşılaşdıq.
İndi sona gedirəm
zaman geriyə dönsə
yenə səni sevərəm.


... dəfə oxunub
Qiymət: 9/10(3 səs)
[qiymət ver ]
Şərh yaz
1+17=
Hesaba giriş
Müəllif

İbrahim Abdullayev
Əlaqə
Tel.:
0515192332
E-mail:
ibo-e@mail.ru
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.0482 saniye