İki ayaqlı heyvan
Xanım Əliyeva tərəfindən "Hekayə" bolməsinə 04:25 20 yanvar 2016 tarixində əlavə olunmuşdur

Anamın südünün dadını xatırlayıram. Ac olduğum vaxt  hələ açılmamış gözlərimlə iti iyi hiss edən burnumu onun döşlərinə dayayır, doyunca süd içərdim.

Süddən ayrılandan sonra anam oradan-buradan mənim üçün tapıb, gətirdiyi ətlə qidalanırdım.

Hələ o vaxtlar çox zəif idim. Əslində itin bir yox, bir neçə küçükləri olur çox vaxt. Bu səfər mən anam üçün tək idim.

Bu bir ttərəfdən onun üçün də mənim üçün də əla idi. Bir küçüyü doyuzdurmaq üç, beş küçüyü doyuzdurmaqdan daha asandı. Mənim üçünsə anamın döşlərini başqa bacı-qardaşlarımla bölüşmmək başqa ləzzət idi. Vaxt keçdikcə anamın gətirdiyi yeyəcəklərlə böyüdüm. Daimi evimiz yox idi. Sonralar anladım ki bəzən insan deyilən varlıqlar insafdan, sevgidən irəli gələrək küçükləri evlərinə alır, onları böyüdür. Hətta bəzilərini xüsusi itlər üçün məktəbə də yollayırlar.

Nə qəribə varlıqlardır insanlar. Onlar heyvanları da özlərinə oxşatmağa çalışırlar. Amma onlar bütün bəşəriyyətin hökmdarı olmaq niyyəti ilə bunu edirlər. Yox, onlar bunu heç də xoş niyyətləri ilə etmirlər. İllər sonra bildim ki, evin ən sevimli iti belə bir gün küçəyə atıla bilərmiş. Biz insanlardan fərqli olaraq atmağı bilmirik. Bilmirik tərk etmək nədir, sahibini sevməmək nədir.

Bizə tumar çəkən əllər, bizi yedirən, bizim qayğımıza qalan insanlara tanrı kimi baxırıq. Onların yolunda hər şeyə hazır oluruq. Bircə onlara bir şey olmasın. Bütün bunları anam mənə danışmışdı. O da nə vaxtsa ev iti olub. Sadəcə günlərin bir günü evin sahibinin uşağı anamı dəmir parçasıyla vurandan sonra anam buna dözə bilməyib, hürüb. Bundan qorxan ev sahiblər anamı düşünmədən küçəyə atdılar. O gün bu gün anam küçə itləri ilə birgə yaşayır. Buillər ərzində o dəfələrlə it vuran insanların təqiblərindən qaçıb. Çünki heç kəsi əslində maraqlandırmır ki it quduzdur ya yox.

Küçədə it varsa, deməli, o mütləq qudurzdur və öldürülməlidir. İnsanlar quduzduğu itlərin insanları səbəbsiz yerə dişləməsini adlandırırlar.

Səbəbsiz dişləmə. Necə də gülməli səslənir.

Səbəbsiz heçnə olmadığı halda səbəbsiz dişləmədən necə danışmaq olar? Quduzluq xüsusi virusun yayılması nəticəsində meydana gəlir. heyvanlar arasında dişləmə vasitəsiylə yayılır.

Çox hallarda insanlar da yoluxur. Küçədə xəstəliklər və səfalət içində ömür sürən heyvanlar bu xəstəliyə yoluxurlar. İnsanların yaratdığı natəmizlikdən baş verən bu hadisələrdə özlərindən başqa insanlar kimi desən günahkar bilir. Halbu ki özlərinin bu dünyanı zibilxanaya çevirməsini ayıb bilməyərək, üstəgəl başqalarını da günahlandırırlar. Vay o gündən ki küçədə hər hansısa it dişlərin göstərə, bitdi hər şey. O tərəflərə it vuranlar doluşaraq, orada bircə belə it qoymayacaqlar. küçükləriisə yığıb xüsusi yerə aparırlar. Düşünə bilərsiniz ki bu küçüklər sığınacaqlara gedirlər. Əsla elə deyil. O deyəsən əvvəllər elə olub. Amma indisə küçüklər şəhərdən uzağa aparılaraq xüsusi yerlərdə diri-diri yandırırıllar. Mən özüm də bir dəfə az qala o qrubanlardan birinə çevrilmişdim. Ancaq bütün bunlar anamın ölümündən sonra baş verdi.

Quduzluğun güya ki yayıldığı günlərdən biri idi. Qış təzəlikcə girirdi. Böyük yük maşınları ilə it vuranlar küçələrə tökülüşdülər. Əvvəlcə nə baş verdiyini anlamadım. Anam ancaq anlamışdı. Məni gizlətməyə çalışırdı. Çünki o bilirdi: bizi tapsalar biz sağ qalmayacağıq. İnsanlar qəzəbli olanda onların nəyin ki heyvanlara heç digər insanlara belə yazıqları gəlmir.

Güllə səsləri eşidilməyə başladı. Biz küçənin bu tərəfindən o tərəfinə, o tərəfindən bu tərəfinə qaçırdıq. Digər itlər də bizim kimi qormuşdular. Tanıdığım bir iki it artıq güllələnmişdi. Qovhaqov başlayanda mən anamdan geridə qaldım. Anam uçuq-sökük divarın arxasında gizlənmişdi. Mən onu uzaqdan görürdüm. Lakin bu an əli silahlı insan anamın arxasından onun güllə çaxdı.

Anamın gözlərində baxışları donuq halda yerə yıxılaraq, çapalamağa başladı. Mən dərhal ona yaxınlaşdım. Onu yalamağa başladım, o inildəyirdi. Bir az sonra o durdu.

Anladım ki, anamı itirmişəm. Anam daha nə yalamağımı, nə məni önəmsəmirdi.

O ölmüşdü. Mən bunu anlayıb, ulamağa başladım. İçimdə elə bil canavar baş qaldırmışdı. Elə bu an insanlar məni dartıb, maşına atdılar. Qapalı və qaranlıq maşınla harasa uzun yol getdik. Getdiyimiz yerdə çox sayda mənim kimi küçüklər vardı.

Amma təkcə küçüklər yox, hətta pişik balaları da vardı. Mən onlara əvvəllər də rast gəlmişdim. Anlaya bilmirdim axı niyə itlərlə pişiklər yola getmir? Nədir bu düşmənçiliyin səbəbi. İndi isə bizi eyni bir qorxu birləşdirirdi. hamımızın gözlərində qorxu. Biz bilmirdik ki insanların cəhənnəm adlandırdığı birazdan başlayacaq.

Birazdan insanlardan biri gəldi. O nəsə hey danışır, biri göstərirdi. Sonra qalanları dağılışdı. Yalnız bu adam qaldı. O stulda əyləşib, nəsə düşünürdü.

Sonrasa durub, getdi. Sabahı gün başqa birisi gəldi. Bu insanın gözlərində alov yanırdı. Alov insanlar yanar və ağrı verən qırmızı rəngdə kütləyə deyirlər. Bir dəfə anam sağlığında tonqal qalanmışdı və mən maraq göstərib, ona yaxınlaşdım. Burnumun ucunu yandırmışdım. Uzun müddət ağrıtdı məni. O vaxt anam başa saldı ki insanlar bunu od, alov, atəş adlandırırlar. Ətrafında qıznır, yemək hazırlayırlar. Bax əgər yenə yaxınlaşsam yanacağam. Mən də o gündən yaxınlaşmadım yanan bu kütləyə.

Həmin bu insan balaca daşlardan hörülmüş yerdə od qaladı. Düşündüm ki görəsən yenə də bayramdırmı? Hər şey bir az sonra aydınlaşdı.

Bu, gözlərində alov olan, alov qalayan insan bizi bir bir o alovun içinə atmağa başladı. Özdə dirir diri. Onun gözlərinə baxa baxa atırdı. Əlbəttə heyvanlar müqavimət göstərir, dırnaqları ilə onu cırmağa çalışır, dişləri ilə dişləməyə. Ancaq nə fayda. Görünür bu insan işinin ustasıymış. Növbə mənə də çatdı. Mən güclü müqavimət göstərməyə başladım. O anladı kimənlə asan olmayacaq. güclə məni bir təhər tutub, o da itələdi. Dərim yanmağa başladı. Dəhşətli ağrılar baş qaldırdı. Ulayıb, imdad diləyirdim. Düşündüm ki anam kimi mənim üçün də hər şey bitib. Üstündən bir az müddət keçmişdiki kimsə məni cəld oddan çıxartdı.

Bu da insanlar idi. Amma onlar daha fərqli idilər. Yaşca dah agənc, gözlərindəsə mərhəmət vardı. Sonralar öyrəndim ki onlar heyvanları qoruyan cəmiyyətdən imişlər. Hətta onlardan biri məni müalicə etdirib, güvənli əllərə verdi. Ancaq qaçdım insanlardan. İstəmirdim ki anam kimi məni də bir gün kimsə evdən qovsun. Yaxud küçük vaxtlarımdakı kimi kimsə oda atsın. Yox mən insanlardan gizləndim. Elə indi də gizlənirəm. Düzü mən insanları heç sevmirəm də.

Əslində heyvanlar insanların yaxşı və ya pis olmasını hiss edirlər. Bilirəm ki insanların heç də hamısı pis deyil. Axı əgər o insan olmasaydı mən indi yanacaqdım. Sadəcə istəmirəm ağrı hiss etmək. Yaşadıqlarım mənim bəsimdir. Tənha canavarlar kimi mən də təkəm.

Arada yemək üçün üzə çıxaram, amma dərhal da gizlənirəm. Hər gecə ağ qara yuxularda anama necə tüfəngdən atəş açıldığını görürəm. Bəli, itlər də yuxu görə bilir. Əslində biz sizdən heçnə ilə fərqlənmirik.

Hətta deyərdim ki sizdən üstünük. Belə də baxanda siz insanlar iki ayaqlı heyvansınız.


... dəfə oxunub
Qiymət: 9/10(1 səs)
[qiymət ver ]
Şərh yaz
3+17=
Hesaba giriş
YouTube-da izlə
Facebook
0.0317 saniye