İliada dastanı haqqında
Əli Əhmədov tərəfindən "Digər yazılar" bolməsinə 17:36 20 noyabr 2014 tarixində əlavə olunmuşdur

İliada - qədim yunan şairi Homer tərəfindən yazıldığı qəbul olunan antik yunan dastanıdır. Dastanın yaranma tarixi mübahisəli olsa da onun qəbilə quruluşu ilə bağlı motivləri vardır. Dastan Troya müharibəsinin son onuncu ilində baş verən hadisələrdən bəhs etsə də, dastanın əsasında "Axillesin qəzəbi" motivi dayanır. Dastanda haqqında bəhs olunan Troya müharibəsinin e.ə. XII əsrdə baş verdiyi ehtimal olunur. Müharibənin baş vermə səbəbi Sparta hökmdarı Menelayın arvadı Yelenanın Troya hökmdarı Priamın oğlu Paris tərəfindən qaçırılmasıdır. Buna cavab olaraq Menelayın qardaşı Arqos hökmdarı Aqamemnonun başılığı ilə axeylər Troyaya hücum edirlər.

Əhvalat Troya əsatirlər silsiləsindən alınmışdır və bu əsatir Zevsin Fetida ilə evlənməsi ilə bağlıdır. Prometey Zevsə əgər Fetida ilə evlənsə ondan olan oğlunun çox güclü olacağını və Uranla Kron kimi Zevsin də taxtdan salınacağını xəbər verir. Buna görə də Zevs Fetidanı Peleyə ərə verir. Bu toya çağrılmayan nifaq ilahəsi Erida bir hiylə qurur: Zevsə bir alma verir. Almanın üstündə ən gözələ çatacaq sözləri yazılır. Bu almanı Hera, Afina və Afrodita istəyirlər. Zevs almanı kimə vermək məsələsini Parisə tapşırır, o isə almanı Afroditaya verir. Bunun qarşılığında Afrodita ona Zevsin gözəl qızı Yelenanı vəd edir və Yelena Parislə birlikdə qaçır.

Dastan Apollon məbədinin kahini Xrisin Aqamemnondan öz əsir götürülmüş qızını istəməsi və onun verilməməsi ilə başlayır. Axilles qızı veməsini tələb etdikdə Aqamemnon bunun qarşılığında Axillesin sevgilisi Briseidanı istəyir. Axilles qızı verir, lakin özünü təhqir olunmuş hiss edir və qəzəblənir. Ansı Fetidadan Zevslə danışmasını və arqivlərin məğlub olmasını istəyir. Fetida oğlunun xahişini yerinə yetirir və Zevs bunu qəbul edir. Lakin Hera və Afina axeylərə yardım göstərirlər. Menelay Parislə təkbətək vuruşda qalib gəlsə də Paris Yelenanı vermir və döyüş güclənir. Diomed müxtəlif igidliklər göstərir. Sonra isə Axillesin icazəsi ilə dostu Patrokl döyüşə girir. Lakin Hektor tərəfindən öldürülür. Buna qəzəblənən Axilles döyüşə girir. Hektoru öldürür. Əsər Priamın Axillesdən Hektorun cəsədini alması ilə bitir.


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
7+7=
Hesaba giriş
Müəllif

Əli Əhmədov
Haqqında
Gününü internet yazılar oxumağa həsr edən birisi...
Əlaqə
E-mail:
ahmed_ahmed_88@rambler.ru
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.0264 saniye