İlk dəfə
Murad tərəfindən "Hekayə" bolməsinə 16:48 17 iyul 2014 tarixində əlavə olunmuşdur

İlk dəfə əlimdən tutanda 12 yaşım var idi. Necə də utanmışdım. O, zaman hələ günəşin şüaları sanki bir anlıq daha da artmış kimi olmuşdu. Üzümdəki qızartılar belə sonradan çox gec keçdiyini xatırlayıram. Həmin məkan idi. Bizim məkanımız. Bunu ilk dəfə o mənə demişdi. Dənizin qırağında əyləşmişdik. Əlimi bəlkə də 30 dəqiqəyə yaxın buraxmadı. Dalğaların rəqs etdiyi dənizə tamaşa edirdik. Ürəyimin döyündüyünü ilk dəfə o an anlamışdım. Hələ o ana kimi ürəyimin olduğunu belə bilmirdim. Qumun üzərində oturmuşduq. Başımı astaca onun çiyninə yaxınlaşdırdım. Anlamırdım o anlar bunların nə mənaya gəldiyini ancaq çox xoşuma gəlirdi. Üzümə hər dəfəsində qeyri-adi gülüş qonurdu. 12 yaşlı bir qızın həmin anlar keçirəcəyi hissləri məndə elə o vaxtlar keçirirdim. Hər dəfə onunla dənizə gedəndə qırmızı köynəyimlə sarı şalvarımı geyərdim. Bu onun daha çox xoşuna gəlirdi. Əlvan rəngləri sevdiyindən az qalsın yatan zaman belə əynimdəkiləri paltarları çıxartmırdım. Həmin zamanlar ən sevdiyim paltarlarımdı. İndi isə nə qədər axtarsam belə onları tapa bilmirəm. Bu isə hər ötən gün məni daha da pis edir.

İlk dəfə qumdan qalanı onunla birlikdə qurmuşduq. Çoxlu cəhdlərdən sonra alınmışdı qalamız. Alınan zaman isə üzümə bir öpüş qondurmuşdu. İlk dəfə idi ki, istlik duya bilirdim. O zamandan sonra o nə vaxt yanımda oldusa həmin istliyi aydınca duya bilirdim. İlk dəfə bir yerdə suya atladıq. Hətta suda belə sevimli paltarlarımı çıxartmadım. ƏSlində o zamanlar nə elədiyimizi belə anlamırdıq ancaq uşaqlığımızın ən gözəl çağları idi. Görü. yerimiz artıq həmin dəniz olmuşdu. Elə evimizə yaxın olduğu üçün demək olar hər gün bura gəlirdik. Ən sevdiyimiz fəsil isə yay idi. O, hər zaman yayın ikimizə aid olduğunu söyləyərdi. Bu sözündən sonra hər dəfəsində üzümüzə gülüş qonardı. Mən o zamanlardakı gülümsəməni heç vaxt unuda bilmirəm. Saxtalıq yox idi. İlk dəfə onunla bir gülmüşdüm. Uzun dərs ilinin bitməsini necə də həyəcanla gözləyirdik ki, yenə də dənizə gedək. Ən əsası yay gəlsin. Qızmar günəş yenə də üzərimizdə rəqs etmiş kimi olsun.

İlk dəfə onunla birlikdə kağızdan gəmi düzəltdik. Hələ o zamanlar anlamırdım bunun nə mənası olduğunu ancaq düzəldən zaman xoşuma gəlmişdi. Gəmini ikimiz bir yerdə düzəltmişdik. Kağızı bükən zaman belə əllərimiz bir-birinə toqquşmuşdu. Yenə də həmin istini hiss etmişdim.  Daha sonr gəmini yavaşca dənizə buraxmışdıq və düşünürdük ki, sonsuza qədər gedəcək ancaq birinci dalğadan sonra su artıq gəmini yox elədi. Buna görə də ağlamışdım. İlk dəfə idi ki, onun yanında ağlayırdım. Bu isə özümdən asılı olmadı. Ağlamağıma dözə bilmədi. Əlləri ilə incə bədənimi əhatəsinə aldıqdan sonra alnımdan öpdü. İlk dəfə həm qucaqlayır eyni anda da öpürdü. Bu səfər həyəcanım və utancaqıığım bir-birinə qarışdı. Daha sonra zamanın necə keçdiyini anlamadıq belə. İllər sanki dənizdəki si kimi sürətlə keçməyə başladı. Ondan sonra ilklər daha da çoxaldı.

Onun birlikdə gəzməyə çıxanda çox utanırdım. QOrxurdum ki, birdən kimsə bizi görə bilər ancaq hər dəfəsində yaxşı olurdu və rahat evə qayıdırdım. İlk dəfə onunla filmə getmişdik. O zaman hələ 16 yaşımız var idi. Film qorxulu idi. Yarı qapalı gözlərimlə filmə baxmışdım çünki çox qorxurdum ancaq bütün film boyu başımı onun çiyninə söykəmişdim. O, zarada mənim üzümə, yanağıma toxunurdu. Soyuq əlləri isti üzümdə gəzən zaman birtəhər olurdum ancaq bu mənə xoş təsir edirdi. İlk dəfə bir yerdə universitetə daxil olduq. O gün sevincimdən uçduğumu düşünmüşdüm hətta eyni fakültə də təhsil alırdıq. Demək olar o anlar universitet yalnız ikimizdən ibarət idi. Ətrafda sanki heç kimi görmürdük. İlk dəfə onunla birlikdə dərs çalışdım.  Əslində o mənə zəif dərslərimdən kömək edirdi. Həmin dərslərdən yüksək qiymət aldıqda isə ilk dəfə onun üzündən öpdüm. bu məndən ixtiyarsız olsa belə çox xoş təsir etdi. Öpdükdən sonra evimə doğru qaçmağa başladım. O an utancımdan nə etdiyimi bilmirdim. Daha sonra məzun olduq. Həmin gün elə yanaşı oturmuşduq. Arxamızda valideynlərimiz göz yaşlarını saxlaya bilmirdilər. İlk dəfə məzun paltarı içində onunla şəkil çəkdirdim. Çox xoşbəxt idim. Üzümdən o anlar gülüşlər çəkilmirdi.

Sonra araya bir müddətlik ayrılıq girdi. O, əsgər getdiyi zaman mən günlərlə göz yaşlarımı saxlaya bilmədim. Demək olar hər gün ona məktublar yazırdım. Bəzən məktublarım cavabsız qalsa belə mən yenə də yazırdım. İlk dəfə əsgərlikdən istirahətə gələndə onun üstünə necə qaçdığımı hələ də xatırlayıram. Onun üzündən bəlkə də həmin gün dəfələrlə öpmüşdüm. Daha sonra səgrə paltarı içində göz yaşlarını  gördükdə dözə bilmədim. İlk dəfə idi ki, yanımda ağlayırdı. Zaman yenidən irəlilədi.

İlk dəfə yanbayan eyni kürsüdə oturduq. Əynimdə ağ libas məni daha da gözəl göstərirdi. Üzümə baxaraq ' bu gün işıq saçırsan hətta günəşin şəfəqlərindən daha çox' dediyi sözləri hələ də unuda bilmirəm. O, isə qara kostyumda yanımda əyləşmişdi.  İkimizdə çox sevinirdik. İlk dəfə idi bu cür xoşbəxtlik içində evləndik. O zaman hələ 29 yaşımız var idi. Zaman sanki bizim ikimiz üçündə eyni cür gedirdi.

İlk dəfə birlikdə bal ayına çıxdıq. Demək olar avropanı tam gəə bilmişdik. Çoxlu şəkillər çəkdik. İndi o şəkillərə baxdıqda göz yaşlarımı heç cür saxlaya bilmirəm.

1 il tamam oldu. İlk dəfə oğlumu qucağıma alan zaman onun üzündəki sevinci gördüm. bu sevinci fərqli bir sevinc idi. Oğlumuzu qucaqlayaraq məni nə qədər çox sevdiyini söylədi. Söylədi Bəlkə də həmin an bu sözü yüzlərlə kəz söylədi. İlk dəfə idi ondan sevirəm sözünü bu qədər çox eşitdim.

İlk dəfə birlikdə oğlumuzu bağçaya apardıq. Ailəlikcə sevincək halda gedirdik. O günləri necə undua bilərəm axı?

Zaman keçdi. Artıq 40 yaşına kimi gəldik. Ancaq hələ də mənim yanımda idi. Çox sevinirdim. Uşaqlığımın sevgisi hər dəfəsində mənlə idi. Sanki mən gözümü açdıqda yalnlz onu görmüşdüm. İlk dəfə oğlumuzun toyunda istirak etdik. O zaman belə mənə məni nə qədər çox sevdiyini söyləyirdi. Daha sonra nənə oldum. İlk dəfə nəvəmi qucağıma alanda o yanımda idi. İkimizin də alnından öpərək siz mənim hər şeyimsiz dedi. Ağladım. Sevincimdən ağladım.

İlk dəfə ağır xəstə oldu. Artıq 60 yaşında idik. Onun yanından beş dəqiqə belə ayrılmadım. Elə bir an oldu ki, onu mən çimizdirdim. Artıq hərəkət etməyə halı belə qalmamışdı. Ancaq o vəziyyətində belə məni nə qədər çox sevdiyini söylədi. Xəstəliyi get-gedə daha da artırdı. Artıq ölümə yaxınlaşmış kimi idi. Və ilk dəfə üzümə baxaraq məndən uşaqlığımızın yerinə getməyimizi xahiş elədi. Getdik...Yenidən qumun üzərində əyləşdik. Nəfəs alması belə ağırlaşmışdı bununla məni bərk qucaqlayırdı. Yenidən qumdan qala düzətldik daha sonra isə kağızdan gəmilər. Bu səfərki gəmini də ləpələr uzaqlara apardı. Elə bil uşaqlığımıza qayıtmışdəq. Əslində uşaqlıqdakı sevinci, xoşbəxtliyi indi də yaşayırdıq. O, mənə hər dəfə toxunanda mən istilik keçirirdim. ELə 60 yaşında da bu cür olurdu.

Onu torpağa tapşırdım. Dəli kimi göz yaşı axıdırdım. Özümə bəlkə də ondan sonra heç vaxt gələ bilmədim. Onun qəbrinə baxarkən ilk dəfə diz üstə çökərək qışqırdım. Hıçqırıqlara boğulsam belə qışqırdım. Oğlum o an məni birtəhə sakitləşdirdi.

İndi isə artıq 75 yaşım var. Bəlkə də bir azdan ölüm qapımı çalacaq. Ancaq mən bir an olsun belə onu unutmadım. İlk dəfə idi ki, əlimdə onun şəkilləri keçmişə səyahət edirəm. Ancaq heyif şəkillər hamısı göz yaşı içindədir...

Mən ilkləri ondan öyrəndim. ilk dəfə sevdim...Çox sevdim...

 


... dəfə oxunub
Qiymət: 10/10(5 səs)
[qiymət ver ]
Şərh yaz
2+27=
Hesaba giriş
Müəllif

Murad
Haqqında

Əlaqə
E-mail:
murad.ramazanov.66@mail.ru
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0359 saniye