İndi
Elnur Əliyev tərəfindən "Şeir" bolməsinə 21:54 25 aprel 2019 tarixində əlavə olunmuşdur

Elnur Rəsuloğlu (Əliyev)

 

Dəyər verən yoxdur şeirlərimə,

Yazmağın daşını atımmı indi?

Xəyanət edimmi sevdiklərimə?

Çirkaba, günaha batımmı indi?

Hörmətlə yanaşın fikirlərimə,

Nifrətimdən ocaq çatımmı indi?

Özünüzü qoyun mənim yerimə,

Halalıma haram qatımmı indi?

Daha inanmıram gördüklərimə,

Dostumu düşmənə satımmı indi?

Sadiq qalacağam hər vaxt şirimə,

Tülkü kölgəsində yatımmı indi?


... dəfə oxunub
Qiymət: 10/10(2 səs)
[qiymət ver ]
Şərh yaz
10+5=
Hesaba giriş
Müəllif

Elnur Əliyev
Haqqında
Elnur Rəsuloğlu (Əliyev) 1982-ci ildə Salyan rayonunda zəhmətkeş ailəsində anadan olmuşdur. 1988-ci ildə Salyan rayonundakı Yusif Qasımov adına 4 saylı tam orta məktəbin birinci sinfinə daxil olmuş, 1999-cu ildə oranı bitirmişdir. Beşillik fasilədən sonra – 2004-cü ildə 484 balla, ödənişsiz əsaslarla Azərbaycan Dövlət Pedaqoji Universitetinin filologiya fakültəsinin əyani şöbəsinə qəbul olunmuş, 2008-ci ildə isə Azərbaycan dili və ədəbiyyat müəllimi ixtisası alaraq ali təhsilini başa vurmuşdur. Həmin ildən Salyan rayonu Salman Cəfərov adına Yenikənd kənd tam orta məktəbində Azərbaycan dili və ədəbiyyat müəllimi işləyir. 1999-cu ildən dövri mətbuatda müntəzəm çıxış edir. Müxtəlif zaman kəsiyində “Qələbə”, ”Kredo”, ”Gənc müəllim”, ”Aysberq və həyat”, ”Təhsil və zaman”, “Kaspi” qəzetlərində, “Azərbaycan məktəbi”, “Azərbaycan dili və ədəbiyyatı tədrisi”, “Ulduz” jurnallarında, “www.ayb.az”, “www.newsbaku.info”, “www.avrasiya.info”, “www.litparad.org”, “www.qafqazmedia.az”, “www.bizim.info”, “www.poliqon.az”, “www.persona.az”, “www.vehdet.org”, “www.edebiyyat-az.com”, “www.gundelik.info”, “www.azpress.az” saytlarında şeir və məqalələri çap olunmuşdur. Ailəlidir. İki övladı - bir oğlu və bir qızı var.
Əlaqə
Tel.:
+994519473182
E-mail:
elnurresuloglu@mail.ru
Sosial şəbəkə:
Facebook
Twitter
YouTube-da izlə
Facebook
0.0226 saniye