İstəmədən Getmək ("Ağ-qara" adlı kitabdan birinci hekayə)
Ceyhun Məmmədov tərəfindən "Hekayə" bolməsinə 23:15 23 yanvar 2016 tarixində əlavə olunmuşdur

-Dostum nə vaxta kimi içəcəksən, dur get evə. Heç dərsədə getmirsən. 19 yaşın var, indidən gör necə içirsən.

-Eh... Yenə başladın. Mən axı sənə dedim. Əgər şans mələyim gəlməsə, mənim uğur qazanmağım mümkün olmayacaq.

-Bəsdidə uğursuzluqdan danışdın. Ona görədə bu gündəsən. Nə qədər  içirsən-iç mən getdim, sabah dərsim var...

Mənim adım Mikayıldır. Hər səhər dərsə gedən 19 yaşlı tələbəyəm. Metro və avtobuslara nifrət edən, hətta özümə də nifrət edən bir gəncəm. Mən uğursuz bir varlığam. Mənim uğursuz hekayəm anamın və atamın ölümündən sonra başlayır. Onlar mənim hər şeyim idi. Hər şey həyatımda yaxşı gedirdi. İstədiyim ali məktəbi qazanmışdım. Amma sentyabrın 15-i mənim üçün haram bir gün kimi tarixə keçdi. İlk dərs günümdə, məzarlığa gedərək günorta saatlarında anamı və atamı torpağa tapşırdım. Onları avtomobil qəzasında itirmişdim. Əslində məndə yaşamırdım. Nəfəs almağımı saymasaq, məndə ölü idim. Elə bundan sonra həyatımda uğursuzluqlar başladı. Birinci kursun birinci semestrində, beş kəsr ilə başa vurdum. Hələ gəl indi bunun pulunu ödə. Təqaüddə artıq almayacaqdım. Beləliklə qərara gəlmişdim ki, gedim özümü öldürüm...

İntihar etmək üçün hər şeyi hazırladım. Tavandakı lüsturdan özümü asmağı düşünürdüm. İpi səliqə ilə lüstura keçirtdim. Elə ki, boynuma keçirtməyə hazırlaşırdım, ev telefonu zəng çaldı. Zəng edən xalam idi. Düz 30 dəqiqə onunla danışdım. Telefon ilə danışan zaman qorxurdum ki, intihar etməkdən fikrim daşınar. Amma telefonun dəstəyini yerə qoyan kimi, yenidən stula çıxdım. Boynuma ipi keçirtdim. Ayağım ilə stulu itəliyirdim ki, birdə gördüm qapı döyülür. Məndə gic kimi maraqdan gedib qapıya baxdım. Gələn qonşu idi. Nəyəsə ehtiyacın var deyə soruşurdu. İstədim deyim ki, gəl mənə intahar etməkdə kömək elə. Ürəyimdə bunu düşənərək, üzümün gülümsədiyini hiss etdim. Nə isə qonşunuda bir təhər yola saldım. Stula çıxmamışdan qabaq, ev telefonunu söndürdüm. Qapını möhkəmcə bağladım. Rahatlaşıb, yenidən intihar edəcəyim lüsturun yanına gəldim. Stula çıxıb, ipi boynuma keçirtdim. Lənət olsun ki, bu dəfə mobil telefonum zəng çaldı. Cavab vermədən, mobil telefonumu söndürdüm. Artıq mənə mane olacaq heç bir şeyin qalmadığına əmin olduqdan sonra. Ayağım ilə stulu itələdim. Bu zaman lüsturun necə başıma düşdüyünü hiss etdikdən sonra, anladım ki, mən heç intiharda edə bilmirəm...

İntihar cəhdim alınmamışdı. Kefsiz halda oturub düşünməyə başladım. Ağlıma bu zaman ideya gəldi. Ancaq kaş gəlməzdi. İdeyam bundan ibarət idi...

Küçədə soyuq bir hava var idi. Əynimi qalın geyinib, cibimədə bir bıçaq qoyaraq, milli banka doğru irəlliləməyə başladım. Milli banka daxil olarkən, gördüyüm mənzərə məni lap heyrətə saldı. Başlarına üç dənə corab geyinən, naməlum şəxslər məndən qabaq bankı yarmağa gəlmişdilər. İstədim onlara qoşulum, ancaq mənə  girovların əhatisini göstərdilər. Nə isə bankı yarmaq planımda suya düşmüşdü. Bir saatdan sonra bu axmaq soyğuncuları polis yaxaladı. Hər kəs azad olduğu üçün sevinirdi, amma mən az qala göz yaşı axıdacaqdım...

Artıq əlimdən bir şey gəlmiyəcək düşüncəsinə qapılmışdım. Universitedə gedib, heç olmasa ikinci semestrin keçirilən yeni dərslərinə və birinci semestrdə köçürərək keçdiyim bir fənnin dərsinə daxil olum deyə düşünürdüm. Amma çox yorğun olduğum üçün növbəti gün dərsə gedə bilmədim. Artıq neçə gün idi ki, yatıb qalırdım.

Həyatdan bir şey gözləmirdim. Çünki, tamamilə öz dünyama qapanıb ölməyi düşünürdüm. Ancaq həmin gün həyatım yenidən dəyişdi.

Günorta saatları idi. İçərişəhər metrosundan çıxırdım. Bu zaman bir qız ilə toqquşdum və üzr istəyərək yerə düşən dəftərləri toplamağa başladım. Eybi yoxdur deyib, metroya doğru irəllilədi. Məndə iri-iri addımlarla, necə intihar etməliyəm deyə düşünürdüm. Bu zaman telefonuma zəng gəldi. Öncə cavab vermək istəmədim, ancaq vacib bir şey olar deyə telefona cavab verdim. Amma cavab verməyimədə peşman oldum. Çünki dostlar məni arxada gözləyirdi. Metronun yanında dayanıb mənə baxırdılar. Yaxınlaşmağa məcbur oldum. Salam verən kimi, bu nə saqqaldır, bu nə üst başdır deyə irad bildirməyə başladılar. Nə isə, bunlar məni qolumdan tutub metronun içini saldılar. Gedə biləcəyimiz bir yer var idi. Oda tarqovi. Çünki bunlarla hər zaman görüşəndə məni ora aparırdılar. Guya sevgili tapacaqdılar mənə. Amma mən qatarın içində həyatımı dəyişəcək bir qadın tapmışdım artıq. Az öncə dəftələrini topladığım qız, mənə baxıb gülümsəyirdi. Ancaq mən ona gülümsəmək həvəsində deyildim. Gülümsəmədən mal-mal ona baxırdım. Bəlkə mənə intihar etməkdə kömək edər deyə, düşünməyə başladım. Dostlarım “Sahil”metrosunda düşdülər. Bilə-bilə məni çağırmadılar, çünki qız ilə baxışırdım. Halbuki qıza baxaraq intihar etmək barəsində düşünürdüm. Bu zamanda hansı stansiya olduğuna fikir verə bilmədim. Qızın yanındakı yer boşalmışdı. Üzünə heç baxmadan,  yanında əyləşdim. Oxuduğu kitaba fasilə verib, çantasından iki konfet çıxardaraq, birini mənə təklif etdi. Yox demədim, təəccüblənərək konfeti götürdüm. İlk dəfə idi ki, bir qız mənə nə isə verirdi. Özümdə bilmədim necə oldu. Hansı kitabı oxuyursuz deyə sual verdim. Verdiyim sualdan sonra qızğın bir söhbətə başladıq. Hətta biranlıq intihar barəsində düşünməməyə başlamışdım. Nə isə hətta o axşam onu evinə gedər ötürdüm. Sabah yenidən görüşərik deyə sağollaşdı. Heç bilmədim necə oldu. Evinə ötürməyim, telefon nömrəsini götürməyim, yaxşı sabah görüşərik deyə deməyim bunları necə etmişəm deyə bütün axşamı düşünməyə başladım. Düzdür özümü çox gözəl hiss edirdim. Hə, deyəsən aşiq olmuşdum. Hətta intihar etməyi belə artıq düşünmürdüm. Amma bu hisslərlə üç gün yaşadım. Üçüncü gündən etibarən yenidən saqqal buraxmağa başladım. Təbii ki, intihar etmək barəsində olan fikirlərimədə qayıtmışdım. Bunun səbəbi sadə idi. Mən yenədə özümə doğma hiss elədiyim adamı itirmişdim. Sən demə qız beyin xərçənginə tutulmuşdu. Bunu o öldükdən sonra anası mənə danışdı. İki gün məndə saçlarını qoxluyuram deyə sevinirdim. Halbuki başındaki parik idi. Üçüncü gün axşam əməliyyat zamanı ölmüşdü. Kaş xərçəng xəstəliyinə mən tutulardım və onun kimi ölərdim deyə gecə və gündüz arzulamağa başladım. Amma duadan sonra belə bir bəxtim olmayacaq deyə də mızıldanırdım...

3 il sonra...

Cırılmış ayaqqabı, rəngi qaçmış şalvar və köynək ilə kafələrdə gecələyirdim. Üniversiteddən atıldım, boş-bekar gəzməyə başladım. Hər gün içirəm, saqqalım artıq göbəyimə çatır. Telefonumü 2il bundan qabaq, dənizə atmışdım. O, vaxtdan etibarən heç kim məni axtarmır. Axırıncı dəfə elə telefonu dənizə atan vaxtı, dostlarım evimə gəlib məni ziyarət etmişdi. Amma o ziyarətdə sonuncu ziyarət kimi yekunlaşmışdı. Bir söznən bircə dənə dostum var idi. Oda mənim heykəldən düzəldilmiş iki qanadlı mələk idi. Dünən axşam zibilxanadan tapmışdım. Balaca olduğu üçün şalvarımın cibində gəzdirirdim. Əslində bir işədə yaramırdı. Bəlkə kiməsə pulnan sırayaram deyə özüm ilə hər dəfə götürürdüm.

Bir gün yenədə həmişəki kimi kafedə oturmuşdum. Axırıncı pullarımıda ofisianta uzadıb, içki gətirməsini istəmişdim. Bir həftə idi ki, işləmirdim. Bu gündə bir həftəlik olan pulu bitirmişdim. İntihar etməyi belə artıq düşünə bilmirdim. Çünki ölməyidə bacarmırdım. Nə isə, həmin gecə bir qoca kişi yanıma yaxınlaşıb suallar verməyə başlamışdı. Hətta indiyə qədər onun verdiyi sual yadımdadır.

Həmin gecə...

-Bala Salam-Tanımadığım bir dədə mənə yaxınlaşdı.

-Salam Dədə-Salamına qarşılıq verdim.

-Görürəm saqqalın çox uzundur. Nə istəyirsən özündən?-Gözləmədiyim bir anda sual verdi.

-Nə?. Mən heçnə istəmirəm özümdən-Nə cavab verəcəyimi bilmirdim. Ona görədə bu cümləni işlətdim.

-Neçə ildir bu gündəsən?-Dədə məni rəsmən sorğu-suala çəkmişdi.

-Üç ildir-Cavab verdikdən sonra, ofisiantı çağırdım.

-Normaldır. Elə insanlar var ki, bir günə, elə insanlarda var ki, 10 ilə özlərindən nə istəyirlər deyə tapmış olurlar-Dədənində mənim kimi saqqalı var idi. Saqqalını qaşıyaraq cümləsini bitirdi.

-Dədə, dedim axı mən özümdən heçnə istəmirəm. Bir dəqiqə. Yox istəyirəm. Üç ildir ki, ölməyi istəyirəm-Sözümü bitirdikdən sonra, yenədə ofisiantı çağırmağa başladım.

-Bəs niyə hələ ölməmisən?-Gözləmidiyim bir sualla yenədə toqquşdum.

-Bacarmadım-Tez bir şəkildə cavabını verdim.

-Düzdür. Sən istəməyi bacarmadın-Ciddi baxışlarla gözünü mənə zilləmişdi.

-Necə yəni?-İçimdən çıxan bir sualı verdim.

-Bax oğlum. Sən ölməyi istəməmisən. Sən sadəcə söz yığını ilə günüvü keçirtmisən. İstəmək ayrı, sözlər ilə cümlə düzültmək isə ayrı bir xüsusiyyət daşıyır. Əgər sən həqiqətən özündən nə istəyirsən bunu tapa bilsən, onda həyatıvı düzəltmiş olacaqsan. Birdə ki, ölməyi istəsəydin, qorxardın. Amma sən ölmək istəyirəm deyəndə gülürdün. Deməli sən ölmək istəmirdin-Dədə bir fəlsəfəci kimi danışırdı.

-Bəs mən necə edim. Özümdən nə istəyirəm bunu hardan bilim?-Artıq ofisiantı unutmuşdum.

-Bu barədə heç kim sənə kömək edə bilməyəcək. Sadəcə düşüncəvi işlət. Bunu niyə istəyirəm deyə sual ver. Əgər istədiyivin cavabını tapsan, verməyə hər hansısa bir sual qalmasa onda sən istədiyivi tapmış olacaqsan-Sözünü bitirib, ayağa durdu. Getmək istəyəndə əlindən tutub saxladım.

-Məsələn niyə ölmək istəyirəm, bunun cavabını tapa bilmirəm-Tələsik şəkildə danışmağa başladım.

-Çünki sən ölməyi istəmirsən. Başqa bir şey düşün. Uşaqlığıva qayıt. Ordan yavaş-yavaş gəlməyə çalış-Dədə yenidən stuluna əyləşərək danışmağa başladı.

-Mənim anam və atam öldükdən sonra, mən bu günə düşdüm-Cümləmi bitirən kimi, dədə söz demək istədi.

-Bəs niyə bu günə düşdün? Anan və atan istəmədən gedib?-Qəribə bir sual verdi.

-Başa düşmədim?-Saqqalımı düzəldərək məndə dədəyə sual verdim.

-Oğlum... İstəyərək getmək ilə istəmədən getmək arasında fərq var. Məsələn ölmək istəmədən getməkdir. Ölüm istəmədən getməyi sevir. Ancaq intihar isə istisnadır. Yəni intihar etmək istəyərək getməkdir. Ona görədə ölüm intiharı sevmir.

-Anam və atam istəmədən gediblər.

-Buna görədə özüvü düzəltməlisən. Əgər anan və atan səni görə bilsəydi, səncə necə bir hala düşərdilər?

-Pis olardılar.

-Bəlkə bu axşamdan etibarən, anan və atan üçün dəyişəsən?-Sual içimi fərəhləmişdi.

-Axı onları geri qaytara bilməyəcəm-İçim yenidən sıxılmışdı. Ancaq yeni bir yol görməyə başlayırdım.

-Bəs ölməyi istəməklə, sən onları geri qaytara biləcəksən? Onlar cismən ölüblər, amma ruhən sənin qəlbindədirlər. Niyə qəlbivi çirkləndirirsən?-Nə cavab verəcəyimi bilmirdim.

-Düz deyirsən dədə. Onlar cismən olmasalarda, ruhən qəlbimdədirlər. Və mən onlara görə qəlbimi təmiz saxlamalıyam ki, onlar qəlbimdə rahat yaşaya bilsinlər-Bu sözümdən sonra ayağa qalxaraq evə getdim.

Evim çox dağınıq idi. Səliqə-səhmana saldım, üzümü qırxdım. Yatmağa uzanan zaman isə qəlbimdə anam və atamla danışaraq yuxuya getdim. Səhər olan kimi, ilk işim qəzet almaq oldu. Sonrada qəzətin içindən, özümə iş seçməyə başladım. Birdən dədənin suallarından biri yadıma düşdü. Özündən nə istəyirsən? Əslində cavabı tapmışdım. Anamın və atamın yerini təmizləmək. Əgər qəlbimi xoşbəxtlik ilə doldurmasam, o çirkli yerdə anam və atam yaşaya bilməz. İş axtarmağa başladım. Əslində tapdım. Amma birinci işin gedişini öyrənməli idim. Ofis işi idi. İki ay işləyəcəyim ofisdə, mənə dərs dedilər. İki aydan sonra ilk işimə başladım. Ofisdən bir qız ilə tanış oldum. Üç ay sevgili olduq. Oda yetim idi. Üç aydan sonra evləndik. Deyəsən xoşbəxtliyi tapmışdım. Mənə elə gəlirdi ki, anam və atam qəlbimdə rahatlıqla artıq yaşayır. Dədə ilə söhbətimdən sonra, yatmamışdan qabaq qəlbimə tərəfə dönüb, anam və atam ilə danışırdım. Evləndikdən bir il sonra iki əkiz qızım oldu. Çox şirin idilər. Yaşadığımız ev balaca idi. Amma əsas odur ki, qəlbim artıq çirk ilə dolu deyildi. Dədəni yanıma almışdım. Çünki bir dəfə məhləmizin qabağında yerdə yatdığını görmüşdüm. Evim yoxdur, küçələrdə yatıram dediyi andan etibarən, yanıma alıb ona baxmağa başlamışdım. Həyat çox gözəl gedirdi. Amma bir gün bədbəxtlikdə var deyə, həyat sərt üzünü göstərdi. Hal-hazırda mən, xəstəxana divarlarına baxaraq, yazılarım ilə gündəliyimi tamamlamağa çalışırdım. Artıq deyəsən hekayəmin sonuna yaxınlaşıram. Öskürəklər məni boğurdu. Gündəliyimində səhifələri qanlı idi. Çünki öskürərkən ağzımdan çıxan qan, vərəqlərin rəngini dəyişirdi. Son saatlarımı yaşayırdım. Həkim bir ay yaşayacağımı bildirmişdi. Məndə bir aydır ki, xəstəxanada qalırdım. Çünki ciddi nəzarət altında olmalı idi. Gündə 15 dəqiqəlik həyat yoldaşımla, övladlarım və birdə dədə ilə görüşməyimə icazə verirdilər. Məndə 26 illik həyatımı bir ay içində, balaca bir dəftərə sığışdırmağa çalışdım. Bilirsiz yaşamaq bəzən çətin olur. Amma balaca bir dəftərçə tutub, içini doldurmaq isə çox asantdır. Unutmayın hər kəsin dəftəri bir gün qapanacaq. Heç üzülmürəm. Bilirsiz niyə? Çünki mən hiss edirəm ki, anam və atam üçün qəlbimi təmiz edə bildim. Ona görəd heç üzülmürəm. Doğurdanda istəmədən getmək daha yaxşıdır. Çünki qorxmursan. Çox sevinirəm ki, məndə anam və atam kimi istəmədən gedirəm. Qoy ölüm özü mənim dalımca qaçsın. Həyata gözüvü açmısansa, mütləq şəkildə də bağlamağa məcbursan...


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
2+28=
Hesaba giriş
YouTube-da izlə
Facebook
0.0274 saniye