Uzaqıq..
O qədər uzaq ki,"lap yaxşı, indi gedə bilərsən" demək gəlir sözlərimdən..
Bilirsən, addımladıqca küçələrdə,
Boşluğu içimə çəkib qaçıram..
Bir az ümid dolur hisslərimə..
Bir az hicran..
Boşalda bilmirəm şeirlərə..
Azalıram, itirəm, gedirəm..
Ruhumun izdihamından..
Azacıq içmək gəlir içimdən..
Bir az sərxoş olub, oyaq qalmaq məsələn..
Bir az adi, bir az dustaq bir sevgi yaşamaq gəlir içimdən..
İtirdikcə asılmaq bir ümiddən..
Biz gecələri oyaq qalıb, gündüzləri aşiq olan şairlərik..
Bizdən ölən olmaz..
Ümidlərin nə qədər çılpaqdı,
Toxunmuram naməhrəm arzularına..
Şeirlərimə həbs edib buraxıram qaranlığa..
Biz həyatın son iki addımında yıxılan şairlərik..
Bizdən qalxan olmaz..
Necə soyuqdu gülüşlərin,
Üşüdü iki günlük sevinclərim..
Biz ruhunu şeirlərə satan şairlərik,
Bizdən sərxoş olmaz..
Necə inanırsan dostluqlara?
Hər dəfə yeni bir "at"dımla qaçırlar səndən..
Biz inamını iki qəpikliklərə verən şairlərik..
Bizdən gülən olmaz...