İstəyirəm səhər olsun
Elnur Osmanov tərəfindən "Şeir" bolməsinə 22:24 13 yanvar 2016 tarixində əlavə olunmuşdur

Ayıl beynim, ayıl ruhum
Nə dostların, nə də qohum
Heç kim bilməz, sənə lazım
Olanları, bir bir yazım 

Qoy kənara, nifrətini
Rəngi qara, xislətini
Qoy qırağa, paxıllığı
Sənə ağa, odur axı 

Apar tulla, pis anları
Versən yola, insanları
O kəsi ki, riyakardı
Sən qışqırsan, guya kardı 

Dinləmə sən, o kəsləri
Deyir döz sən, ol nökəri
İmtahan zad, boş nağıllar
Olmur azad, o ağıllar 

Özün düşün, suallar seç
Cavab üçün, sərhədi keç
O sərhəd ki, beynindədi
Qurtulmaq ki, əlindədi 

Amma əvvəl , burax getsin
Qürur, adət, təsdiq hissin
Heçnə etmə, göstərişlə
Nə etsən də, göstər işlə 

Baş qoşma hər cərəyana
Gah bu yana, gah o yana
Hər siyasət, hər partiya
İtaətçün bir versiya 

Ayıldınmı , beynim mənim?
Aydındırmı, gördüklərim?
Verilirmi əsl azadlıq ?
Bəlkə içdən əsl azadıq?


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
3+35=
Hesaba giriş
Müəllif

Elnur Osmanov
Haqqında
Hər kəs ona verilən qədər yox, daxilindəki qədər azaddır
Əlaqə
Tel.:
+994558390527
E-mail:
doktorelnur@mail.ru
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0223 saniye