Kәdәr Şәhәri
Khayyam Muhammad tərəfindən "Şeir" bolməsinə 02:51 02 aprel 2014 tarixində əlavə olunmuşdur

Həvəssiz bir şəhər gəzintisi idi həyata gəlişin

Nə gözlərin həyat dolu idi nə gülüşün

Ovuclarindaki istilik hələ də köz ötürür ürəyimə

Saxta güzgülər gözəllik abidəsi,

Çaxir şüşələri bizim həqiqət xəzinəmiz,

Bir iki qutu siqaret ağ ciyərlərdən daha çox yaşam

verər insana.

Biz elə ilişib qalacıyıq Bu

samanyolunun düz ortasinda,

Baki kədər şəhəri olub dəyəsən.

Mənə yoxsa Sənə?

Var olan bir Tanrının öldüyünü anlamaq idi gedişin

inancimi,ruhumu,cismimi,toz etməkmiş.

O qizili saçları miras buraxmaq yastiqlara,

Bir az daha sən olmuşam bu günlərdə

qadinlaşmışam, Solğunlaşmışam

Boz rənglərin əsiri

qalmişam,

sən gedəndən daş heykəl olmuşam,

Baki Kədər şəhəri olub dəyəsən.

Mənə yoxsa Sənə?

Nә şeir yazmaq olur bu günlәr dә,

Nә qadınlar sevmәk istәmir bu soyuq bәdәni.

Gedişin Gәlişindәn daha çox sirkәlәdi Adәm

dünyasın.

Yarıyuxulu bir şairin kәdәri olub,

bu şәhәr dәyәsәn.

Mәn gedirәm,

Sәn qal.


... dəfə oxunub
Qiymət: 8/10(4 səs)
[qiymət ver ]
Şərh yaz
5+7=
Hesaba giriş
Müəllif

Khayyam Muhammad
Haqqında
sadəcə  bekar  insanam  hərdən  bekarliq  şeir olur dunyani  firladan
Əlaqə
E-mail:
alone_inworld@mail.ru
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.026 saniye