Keçmiş
Səbinə Məmmədzadə tərəfindən "Digər yazılar" bolməsinə 17:35 27 mart 2014 tarixində əlavə olunmuşdur

“Ötən günə gün çatarmı? Calasan da günü-günə”. Bu sözlərdə həqiqət var. Çünki yaşadıqlarımız heç vaxt geri qayıtmır və keçmişi, ötən günləri heç nə ilə əvəz edə bilmirik. Düzdür, hər kəsin keçmişində kədərli, sevincli günlər olur. Ancaq Şəxsən mən həmişə keçmişimi xatırlayanda gözəl günləri yadıma salıram. Mümkün omadığını bilsəmdə, bir anlığa da olsa həmin vaxtlara qayıtmaq istəyirəm. Mənim də hamı kimi kədərli günlərim olub, ancaq onların heç birini tam dəqiqliklə xatırlamıram. Nədənsə, xoş günlərim beynimə həkk olunub. Keçib gedən həmin günlər mənə çox əzizdir. Çünki keçmiş özündə xoş xatirələri yaşadır və bir daha geri qayıtmır.

Bu gün isə doğum günümdür. 15 yaşım tamam olur. Əslində doğum günlərində çox da sevinmirəm. Çünki ömrümdən 1 il daha gedir.

Elə uşaqlar var ki, daim böyümək həvəsində olur. Mən heç vaxt onları başa düşməmişəm. Onların əksinə uşaqlığıma qayıtmaq istəmişəm. Təbii ki, hamı bir gün doğulur, böyüyür, ancaq hər anı, hər yaşı doya-doya yaşamaq lazımdır. Hər dəqiqəmizin qədrini bilməliyik. Çünki sadəcə bir dəfə dünyaya gəlirik.

Hərdən düşünürəm: “Görəsən günlər niyə belə tez gəlib-gedir?”. Bəlkə də qorxuram. Nə bilim. Əslində ən böyük qorxum sevdiklərimi itirməkdir. Yəqin elə gələcəkdən, vaxtın bu cür tez keçməyindən buna görə qorxuram. Çünki mən böyüdükcə atamın, anamın, qardaşımın ümumiyyətlə bütün sevdiklərimin də yaşı artır. Onları itirmək qorxusu mənə əzab verir. Çox güman ki, elə bu səbəblərə görə keçmişə qayıtmaq istəyirəm.

Təbii ki, hər kəsin düşüncəsi fərqlidir. Elə insanlar var ki, heç vaxt keçmişini xatırlamaq istəmir. Çünki keçmişi acılarla doludur və geriyə dönüb baxanda kövrəlir. Həmişə gələcəyə, yaşayacağı xoş günlərə ümid bağlayır.Elələri də olur ki, keçmişi sadəcə xoş xatirələrlə yadda qalıb. Geriyə dönüb baxanda o da kövrəlir. Ancaq o, gözəl günlərinin, yaşadığı xoş xatirələrin geri qayıtmayacağını bildiyi üçün bu hisləri yaşayır. Mən də bel insanlardanam. Sadəcə keçmişimdəki xoş xatirələri xatırlayıram. Ömürlük yox sadəcə bir anlığa qayıtmaq istəyirəm həmin vaxtlara. Bilirəm bu mümkün deyil. Bu  sadəcə heç vaxt gerçəkləşməyəcək bir istəkdir.

Gələcəyim hələ qabaqdadı. Bəlkə məni sevdiklərimlə birgə daha gözəl günlər gözləyir. Nə bilmək olar? Gələcəyimin də keçmişim kimi həyaıma yalnız xoş xatirələrlə həkk olunması arzusuyla yaşayıram...

 

 


... dəfə oxunub
Qiymət: 9/10(2 səs)
[qiymət ver ]
Şərh yaz
6+12=
Hesaba giriş
Müəllif

Səbinə Məmmədzadə
Haqqında
314 saylı orta məktəbin 9-cu sinif şagirdiyəm. Hərdən nələrsə yazıram. Qardaşımın yazıları mən də bu sahəyə maraq oyadıb. Gələcəkdə kitablarımın nəşr olunmağını arzu edirəm.
Əlaqə
E-mail:
sebine105@box.az
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.0275 saniye