Yenə kədər hopub üstümə
Yenə eyni sətirlər
Yenə eyni dərdlə söykənmişəm qapına
Necə səsləyim səni?
Hansı adla çagırsam gələrsən?
Bir insan kimi...
Ya da bir dost kimi
Yola ver məni
Dinlə bir az,yalannan da olsa “can” de halıma yan...
Çox köhnəlmişəm
Çox kimsəsizləşmişəm mən bu yarım ildə
Bilmirəm...zövqümüz eynidi mi
Yoxsa sən sevirsən deyə
Dinləyirəm Mohseni...
Kədərlərmi birləşdirir insanı?!
Anlamıram nə deyir
Elə hey nədənsə gileylənir...
Kədərlərin dili olmur siyah adam
Kədər elə kədərdir.