Ken Robinson: Məktəblər yaradıcılığı öldürür (TED talks)
Aysel Abdullazadə tərəfindən "Digər yazılar" bolməsinə 00:38 03 noyabr 2015 tarixində əlavə olunmuşdur

Ken Robinson deyir ki: "Məktəblər yaradıcılığı öldürür"

Həyatda ən böyük şans kiçik yaşlarında ikən yaxşı bir müəllimə sahib olmaqdır. Sizin qabiliyyətlərinizi kəşf edəcək və sizi ona görə istiqamətləndirəcək, sizin kim olduğunuzu ortaya çıxaracaq bir müəllim. Əks halda, həyatınız boyunca heç bir işə yaramayan biri olduğunuzu düşünməyə məhkum olarsınız.

Görəsən, hansımız bu qədər şanslıyıq? Hansımız tam olaraq qabiliyyətlərimizin fərqindəyik? Hansımız edə biləcəklərimizin, etdiklərimizdən daha çox ola biləcəyi inancındayıq?

Təhsilin məqsədi nədir? Şagirdləri yalnız universitetə hazırlamaq, professor yetişdirmək mi? Təhsil mövzusunda davamlı danışılanları deyil, əsl danışılması lazım olan şeyləri önə çıxaraq. Uşaq təhsilindəki əsas prinsipləri yenidən düşünməyimizin lazım olduğunu vurğulayır Ken Robinson. "Bütün uşaqlar inanılmaz qabiliyyətlərə sahibdir. Və bizlər onları mərhəmətsizcə görməməzlikdən gəlirik" -deyir.

Təhsil sistemimizin yekunu, bax, bu cümlədir! Eyni qayçı ilə eyni forma verilən fərqli naxış və çeşidlərdəki parçalar kimi.

Natiq, təhsil sistemini tənqid etməklə qalmayıb, bu problemin necə həll edilə biləcəyinin də izahını verir. Hər cümləsi ayrı bir xəzinədir. Müəllim olan və ya olmaq istəyən hər kəsin izləməsi lazım olan bir çıxışdır. Hətta hər ana-atanın, qısacası, hər kəsin dinləməyi mütləqdir.

Çox sevdiyim bir filmdən bu alıntı çıxışın məğzinə hökm edəcək:

"Gerçək həyat mərhəmətsiz, rəqabətə söykənən bir dünyadır. Hər kəs uşağı birinci olsun istəyir. Həkim, mühəndis, idarəçi... Daha azı qəbul edilə bilməz. Daha azı prestijsiz deyil mi? Allah xatirinə, bir düşünün. Hər uşağın özünə xas qabiliyyətləri, tutumu və xəyalları vardır. Amma yox, hər kəs eyni yarışda eyni şəkildə yetişməlidir. Beş barmağın belə beşi bir deyil. İstəsəniz, dartıb çəkin, eyni xəttə gətirməyi sınayın. Barmaqlarınız qırılar".

İtirilmiş uşaq xəyalları diyarından rəngarəng sabahlara, ümidlə!

Çevirdi: Aysel Abdullazadə

 

 


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
6+34=
Hesaba giriş
Müəllif

Aysel Abdullazadə
Haqqında
Filoloq-Yazar -Ssenarist. Müəllifi olduğu ssenariyə "Qara Ləkə" adlı film çəkilişi davam edir. Azərbaycan və Türkiyə mətbu orqanlarında mütəmadi çap olunur, @maviidergi ilə əməkdaşlıq edir. Bir kitab yazarıdır, ikinci kitabı Türkiyədə çapa hazırlanır. Türkiyədə yaşayır, ailəlidir, bir qız övladı var. ayselabdullazade.blogspot.com blog yazarı
Əlaqə
E-mail:
abdullazade.90@mail.ru
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0234 saniye