Kimsəsiz hisslər
Gulara Salımova tərəfindən "Şeir" bolməsinə 13:50 16 iyun 2014 tarixində əlavə olunmuşdur

-Kədərli gecələrin olmur ucu-bucağı
Yaşlandıqca yadlaşır doğma ana qucağı..
Yuxum çəkilir ərşə bezdirir əqrəb səsi
Sükuta qərq olmuşam
Kompas da “dərd”göstərir.
Unutmuşam gülməyi
Ağlaya da bilmirəm
Toz basıbdır üstümü köhnə kitab kimiyəm.
Burda arabir əsir oraların küləyi
Ümidsiz insanların olmur arzu-diləyi
Gözləri qalmır yolda
Gözləmirlər mələyi..
Bilirsən mi mən necə düşünürdüm o vaxtlar?
Olmasaydı  ağaclar
əsməz onda küləklər
Bıçaqlar olmasaydı kəsilməzdi biləklər..


... dəfə oxunub
Qiymət: 8/10(2 səs)
[qiymət ver ]
Şərh yaz
10+21=
Hesaba giriş
YouTube-da izlə
Facebook
0.0241 saniye