Körpəliyini Özü Öldürənlərə
Amin Mehdi tərəfindən "Şeir" bolməsinə 08:21 30 iyun 2015 tarixində əlavə olunmuşdur

Tütün qoxan qadınlardan
Barıt qoxan kişilərdən
Qan qoxusuna məhkum olan
Körpələrin qırıntılarını gizlətməyin.
Bəlkə mərhəmətlənər ürəkləri
Bəlkə rəhmət oxuyub özlərinə
İş işdən keçməmiş
Gələrlər özlərinə.
Ataların varlığında nəvazişə
Anaların varlığında səadətə yatıb qalan
Boz küçədən tozlu ürək tapıram hər gün.
İçində yetim yazısı böyük hərflə həkk olubdu.
Yetim olmaq mövcudluqdan yarım qalmaq
Ya da varlıqlardan kasad olmaqdan çox
Bir küçədə səadətə yatıb qalmaqdan
Və hekayəsi yarım qalmaqdan ibarətdi.
Ən əsası da körpələrin qırıntılarını gizlətməsi
Və böyüdükcə körpəliyin ölməsidi…Yetim qalmaq…


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
8+5=
Hesaba giriş
Müəllif

Amin Mehdi
Haqqında
Qafqaz Universiteti (tərcümə)
Əlaqə
E-mail:
aminmehdi01@gmail.com
Sosial şəbəkə:
Facebook
Twitter
Ordenlər
Nazim Hikmət Ordeni
YouTube-da izlə
Facebook
0.0229 saniye