La Sagrada Familia kilsəsi
Səbinə Məmmədzadə tərəfindən "" bolməsinə 16:07 09 mart 2014 tarixində əlavə olunmuşdur

 La Sagrada Familia Katolonyanın Barselona şəhərində yerləşən, Antonio Gaudi tərəfindən 1882-ci ildə əsası qoyulan, ancaq Antonio Gaudinin 1926-cı ildə tramvayın altında qalaraq ölməsi nəticəsində yarımçıq qalmış tikilidir. İnşası hələ də davam edir. Xalq arasında başa çatmamış kilsə kimi də tanınır. Bu kilsə xalqın köməyi ilə tikilməyə başlayıb. İndiyə qədər tam tikilməməsinin səbəbi hələ də xalqın köməyindən istifadə olunması və Gaudinin qarışıq memar tərzinin başa düşülməməsidir. Bundan əlavə, binanın modeli XIX əsrə aid olduğu üçün hal-hazırki texnologiyayla uyğunlaşmır. 2022-ci ildə tikintisinin başa çatacağı gözlənilən kilsə, xeyirxah insanların köməyi ilə tikilir. Gaudi, tikilidəki böyük qüllələrdən sadəcə birini görə bilmişdir. O, qüllələri dizayn etdikdən sonra bunların Barselonaya gələcək səyyahlar üçün gözəl bir qarşılama olacağına inanmış və həmin qüllələrin təpəsindəki bəzəklərin cənnət ilə yer arasında bir əlaqə kimi göründüyünü vurğulamışdır. Tikilinin içərisindəki kolonlar ağac formasında dizayn edilidiyinə görə içərisi meşəyə bənzəyir. Gaudi şəhərdə inşa etdiyi bütün tikililərdən əldə etdiyi gəliri bu kilsə üçün istifadə etmişdir


... dəfə oxunub
Qiymət: 9/10(5 səs)
[qiymət ver ]
Şərh yaz
8+9=
Hesaba giriş
Müəllif

Səbinə Məmmədzadə
Haqqında
314 saylı orta məktəbin 9-cu sinif şagirdiyəm. Hərdən nələrsə yazıram. Qardaşımın yazıları mən də bu sahəyə maraq oyadıb. Gələcəkdə kitablarımın nəşr olunmağını arzu edirəm.
Əlaqə
E-mail:
sebine105@box.az
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.0327 saniye