Mən Leykemiyaya qalib gəldim
Bəyaz Məmmədova tərəfindən "Hekayə" bolməsinə 03:19 06 may 2014 tarixində əlavə olunmuşdur

    Hər şeyin gözəl başladığı bir gün idi yenə də.Gün işığı insanın içini isidirdi sanki.Bir anlıq daima televizorlarda gördüyümüz o yaşıl adalarda olmaq istədim.Ya da ki bir okeanın sahilində.Oraları hiss etmək istədim.Çünki hər zaman o yerlər mənim xəyalımda canlanan bir möcüzələr diyarı idi.Amma ora getməyim mümkün deyildi.Çox balaca idim.Hələ dünyaya açdığım o balaca gözlərimlə ətrafımdakı insanları doğru düzgün tanıya bilmirdim.Mən o diyarlara gedə bilməzdim.Amma həmişə xəyalımda qalmışdı.Bir gün mütləq gedəcəkdim uzaqlara.Quştək uçacaqdım göylərdə.O yaşıl adalarda ayaqyalın gəzəcəkdim.Bəlkə yeni dostlar tapacaqdım özümə.Çünki burda mənim heç dostum yox idi.Orda hətta heyvanlarla belə dostluq edərdim.Çünki mən yalnız onları televizordan görə bilirdim.Mən dünyanın bizə bəxş etdiyi canlılara toxuna bilmirdim.Mən sadəcə dərman qoxusu bürümüş bir evdə yatalaq kimi yatırdım.Hər şeydən xəbərsiz.Bəzən qaçmaq istəyirdim.Amma hara qaça bilərdim?Qaçmaq olmazdı.Qalıb yaşadığım bu həyatın nə ilə bitəcəyini gözləmək lazım idi.Mənə maraqlı idi öləcəm ya qalacam.Amma mən ölməkdən elə də qorxmurdum...

                                                                              ***

            2007-ci ilin soyuq qış günü idi.Soyuq iliklərimə kimi işləmişdi.Mən atasız doğuldum və atasızda böyüdüm.Bir atam belə olmadı.Mən öz qoynuna alaraq isidən,mənə dəstək verən,mənim başımı sığallayaraq gözəl günlərimizin nə vaxtsa gələcəyini ümid etdirən atam belə olmadı.Daima aclıq və səfalət içində böyümüşdüm.Düz on iki yaşım var idi.Həmin o qış gününü həm soyuqluğuna,həm də mənim həyatımı büsbütün dəyişdiyinə görə unutmayacağam.O gün mənim üçün ən dəhşətli gün hesab olunur.Artıq hava qaralmağa başlayırdı.Özümü heç yaxşı hiss etmirdim son zamanlar.Bəzən düşünürdüm ki havanın soyuqluğundandı.Amma sonra mənim içimdə baş verən təlatümləri hiss etdim.Axşama doğru başım gicəlləndi,ürəyim bulandı və qızdırmam qalxdı.Nə olduğunu anlamadım.Hər zaman ki kimi bəlkə də qripəm-dedim öz-özümə.On iki yaşlı qız olmağıma baxmayaraq anam mənə hər şeyi öyrətmişdi.Azdan çoxdan dünyadan başım çıxırdı.Mən o aldadılıb pul istəmək üçün maşına mindirilərək qaçırdılan varlı vəkil uşaqlarından deyildim.Məni heç kim aldada bilməzdi.Baxmayarki ,on iki yaşım var idi.Bu daxmada adam necə sağlam qala bilərdiki?Pəncərələrdən,qapının altından gələn soyuq bütün evi öz qanadları altına almışdı.Bir dəq olsa belə yorğanı üstümdən çəkib oturmağım yadıma gəlmir.Mənim yeganə dostum yorğan idi.Anam rəhmətlik babamın pensiyası ilə dolandırırdı məni.Bir anam idi,bir də mən.O işləyə bilmirdi.Çünki anam xərçənc xəstəsi idi.Demək olarki aldığımız pul da anamın xırda-xuruş ama heç təsir etməyən dərmanlarına gedirdi.Bəzən ağrı tuturdu və heç buraxmırdı onu.O anda belimdəki yorğanı hirslə yerə atıb onu qucaqlayardım.Onun üşüməməsi üçün.Bəzən düşünərdim : Niyə həmişə kasılar xəstə olurlar?-deyə.Amma indi anlayıram ki bəzi varlılar kimi sağlam olub insanların pulları ilə bərabər ümidlərini,xəyallarını yeməkdənsə ,elə kasıb olub vicdanlı şəkildə də ölərəm.Həmin gün bir az ürəyimin bulantısından sonra uzanıb dincəldim.Buna elə də fikir vermədim.Bu onsuzda mənim adətim idi.Heç nəyə fikir verməmək.Mən artıq həyatımda baş verəcək hər şeyə hazır idim...

            Üç-dörd gün keçdi.Və ağrılarım günü-günüdən şiddətlənirdi.Bu dəfə də ayağımın ağrısı məni yatmağa qoymurdu.Heç yeriyə də bilmirdim.Lənətəgəlmiş bu ağrı məni yerdən-yerə vuraraq inildədirdi.Anam o xəstə halı ilə mənim qeydimə qalırdı.Bəzən onun haqqını necə ödəyəcəm deyə düşünürdüm.Çox çətin idi.Xəstə bir insana yük olmaq.Artıq ağrılarımın həm anama,həm də mənə böyük təsir göstərdiyini gördüm.Anamdan məni həkimə aparmasını xahiş etdim.Dayana bilmirdim.Dörd gündü sanki həyatım cəhənnəmə çevrilmişidi.Səhəri gün həkimə getdik.Məni müayinə etdikdən sonra hələ dəqiq cavab verə bilməyəcəyini söylədi.Amma həkimin gözlərində xüsusi bir qorxu olduğunu sezmişdim.Onun təlaşlı baxışları sanki “Xahiş edirəm,məndən soruşmayın,bunu sizə deyə bilmərəm” deyirdi.Bunu sadəcə onun gözlərinə dərin-dərin baxanda anladım.Mən məsum bir pişik balası kimi qıvrına-qıvrına onun gözlərinin içinə baxdım.Mən sadəcə bir kömək istəyirdim.Ağrı insanı o həddə çatdırırki əyilmərəm dediyin anda bele əyilməyə məcbur qalarsan.Mən ondan sonra anladım ki,hələ görəcək günlərim qabaqdadı.Və ilk dəfə olaraq özümə ölüm arzuladım.Anamı bu əzabdan qurtarmaq üçün.O artıq demək olarki öz xəstəliyini unutmuşdu.Sadəcə mənimlə maraqlanır,başımı sığallayır və təsəlli veridi.Mənsə yalnızca gülümsəyirdim.Dimdik ayaqda görünmək istəyirdim.Anam həmişə deyərdiki bu xasiyyətin atanın xasiyyətinə bənzəyir.Bu arada atam barədə sizə heç danışmadım.O elə mən doğulan kimi anamı qoyub qaçıb Rusiyaya.Bəzi gücsüz və zəif Azərbaycanlı kişiləri kimi.Baxa bilmədikləri,sahib çıxa bilmədikləri bir ailəni tərk edib getmək idi onların tək əlacı.Bəlkə də düzdü atam bizə baxa bilməzdi.İçərdi,gələrdi evə,anamı döyərdi,məni təhqir edərdi,anam buna dayan bilməyib tez ölərdi.Mən də dayana bilməzdim bu qədər işgəncəyə.Bəzən deyirdimki “Yaxşıki yoxdu”.

            Bir gün sonra həkim bizi öz yanına çağırdı.Anam və mən çox həyəcanlı şəkildə onun nə deyəcəyini gözlədik.Həkimin sözə başladığı anda nəsə olduğunu ikimizdə hiss elədik.Amma biruzə verməməyə çalışdıq.Mən artıq özümü ölümə belə hazırlamışdım.Sadəcə caavabı gözləyirdim.Həkim bir iki dəqiqə əlindəki kağızlara baxıb dedi :

-Xanım bunu necə deyəcəyimi bilmirəm amma qızının təəssüfki Leykemiya xəstəsidi.Müalicə yolu ilə sağalma ehtimalı var.Bəlkə 70%,bəlkə də 75%.Amma mütləq mənim sizə yazdığım dərmanları qəbul etməli və xəstəxanada yatmalıdı.Yoxsa bunun axırı heç də yaxşı bitməyə bilər.İndi bu xəstəlik çox yayılmasa da amma hamı qarantiya verə bilmirki kimdəsə olmaya bilər.Diqqətli olun.Bu qan xəstəliyidi.Belə desək qan xərçəngi.Yəni ağ qan qırmızı qanı yeyir.Hələ uşaqdı qızınız.İndidən üstünə düşsəz bəlkə onun həyatını qurtarmaq olar.

            Anam həmin gün sadəcə ağlayırdı.Mənim ona dediyim bütün sözlər hədər gedirdi sanki.Elə bil onun xəstə olduğunu demişdirlər.Mən bu hadisəyə bir az soyuqqanlı yanaşmağa çalışırdım.Anamı belə gördükcə mən daha da pis ola bilməzdim.Ona dayaq olmalı idim.Həm onun öz xəstəliyi,həm də mənim xəstəliyim.O sadəcə düşünürdü.Ya özü ölüb bu həyatda məni tək qoymalı idi,ya da mən ölməli idim.İkisində də olan mənə olacaqdı.O özünü qətiyyən düşünmürdü də.Mənim gələcəyimi yaxşı qurmaq üçün əlindən nə gəlsə edərdi.Həkimə dəqiq bir cavab vermədi.Axı nə deyə bilərdi?O xəstxanada yatmaq üçün pul lazım idi.Həm də dərmanlar eşitdiyimə görə 80 manat idi.Bunu biz qətiyyən ödəyə bilməzdik.Anam bunu bildiyinə görə hər dəfə susurdu.Hər gün az-az mənim ölümümü izləyirdi sanki.Nə edə bilərdim xırda-xuruş ağrıkəsicilərlə hələlik ötüşürdüm.Anamın da ağrıları günü-gündən şiddətlənirdi.Allahdan hər gecə bir möcüzə gözləyirdim.Dualarım hər gecə iki dəfə artırdı.Anamı itirsəydim buna dözə bilməyəcəkdim.Bilirdim.Mən də bəlkə iki ay qalmazdı ölərdim.Həm də xəstə idim.Çox qalmağım mümkünsüz idi.Artıq bundan sonra güclü dayanmaq lazım idi.Anam üçün güclü olmalı idim.

            Beləcə bir ay ötüb keçdi.Anam və mən ölmək üçün günlərimizi sayırdıq.Ən çox da mən.Mən soyuqqanlı idim.Gülürdüm.Anamla keçirtdiyim bu son günlərimi yaxşı dəyərləndirmək istəyirdim.Anam isə hər mən güləndə gözlərindəki o yaş dolu çənbər daşırdı.Ağlamamış dayana bilmirdi.Mənim necə dik durğumu görüb bəlkə də xiffət keçirdirdi.Ana ürəyidi deyib dayanıb ona baxırdım mən də.İki gündən sonra da ad günüm idi.Hər il ad günümdə balaca da olsa bir şey alardı anam.Amma bu il ad günümdə mən anamdan yox,Allahımdan bir hədiyyə istədim.Anamı  yaşatmağını arzuladım.Məni də məhz ona görə yaşatmağını arzuladım.Həmin gecə sabah bir ümid olacaqmış kimi yatdım.Səhər qapımızın möhkəm çalındığını eşitdim.Yerimdən dik atılıb qapıya tərəf yüyürdüm.Qapını açdığımda qoca bir kişinin qarşımda durduğunu gördümÇox mərhəmətli şəkildə mənə baxırdı.Gözlərini yavaşca yumub açırdı.Əllərini bir-birinə sıxıb danışmağa başladı :

-Salam qızım.Sənin adın Ləmandı?

-Bəli baba Ləmandı-deyərək təəccübləndim.Çünki bizim nə qohumumuz nə də tanışımız var idi.

-Mən sizinlə bir söhbət barədə danışmağa gəlmişəm.İcazə olar içəri keçim?

-Bir dəqiqə anamı çağırım.Bağışlayın mən sizi tanımıram evə dəvət edə bilməyəcəm-dedim

-Gözləyirəm qızım-deyə qoca kişi məmnuniyyətlə başını salladı.

Tez o biri otağa keçib anamı durquzdum.Bir kişinin gəldiyini dedim.Təsvir etdiyim də belə anam tanımadı.Qapıya yaxınlaşıb qapını açdı.

-Buyurun?

-Salam qızım.Mən sizinlə mühim bir məsələ danışmaq üçün gəlmişəm.Belə desən qızınızın xəstəliyi ilə bağlı.

-Salam.Buyurun içəridə danışaq.-deyə anam qoca kişini içəri dəvət etdi.Anamın gözlərində sanki bir ümid qığılcımlarının yandığını sezdim.

-Qızım sözü çox uzatmayacam.Mən qoca adamam.Əvvəl imkanım yaxşı olub.Elə indi də pis deyil.Keçən il bütün ailəmi avtomobil qəzasında itirdim.O gündən sonra nə işlədim,nə də ki çölə çıxdım.Sadəcə yardımçılarımın sayəsində insanlara yardım etdim.Maddi,həm də mənəvi.Dünən bir həkim dostumla danışıqdım.Ramiz həkim.Yəqin ki tanıyarsız.O mənə sizin barədə məlumat verdi.Qızınızın çox pis xəstəliyə tutulduğunu dedi.Mən bəlkə də bir 7 ay olar ki,xəstə uşaqlar fonduna maddi cəhətdən yardım edirəm.Xüsusi ilə də bax belə həkim dostlarıma zəng edib onlardan soruşuram.Sizi eşitdim və doğurdan çox pis oldum.O hələ çox balacadı.Onun belə bir vəziyyətdə əriyib getməsini bir insan kimi istəmərəm.Bəlkə sizə qəribə gələcək amma mən ailəmi itirdikdən sonra insanın necə vacib bir varlıq olduğunu anladım.Əvvəl çox simic idim.Bir qəpiyimi belə verməzdim heç kimə.Həmişə oğlum danlayardı məni.Amma onları itirdikdən sonra pulun bir dəyəri olmadığını anladım.İndi isə insanlara yardım etməklə indiyə qədər olan səhvlərimi  yumaq istəyirəm.Bax qızım.Mənim yekə evim var.Gəlin sizi ora aparım.Yardımçılarım var.Biri yemək bişirir,biri paltar yuyur.Hələ bağbanım da var.Onlar olmasa heç bilmirəm nə edərəm.Sən də gəl orda işlə.Azdan-çoxdan yemək bişirərsən.Həm yaxşı sığınacağın olar,həm də özünə yaxşı baxa bilərsən.Bu arada da Ləmanı Almaniyaya göndərəcəm.Orda gedib müalicə alması üçün.O sağalmalıdı.Yoxsa çoxdan ümidinizi itirmisiniz?-deyə gülümsədi.

-Yox biz sadəcə...Mən nə deyəcəyimi doğurdan bilmirəm.Həqiqətən indi sizin kimi insanların qaldığına sevinirəm.Mən çox istəyərdim qızım sağalsın.Bizim heç kimimiz yoxdu.Yalnız ikimizik.-deyə anam ağlamağa başladı.

-Yalnızlıq Allaha məxsusdur qızım.Elə demə.Sənin qızın var və Allahın var.Bundan sonra da mən varam.Mənim ətrafımdakılar var.Sən ürəyini sərin tut.Mən Ramizlə danışmışam.Tez bir müddətdə bütün sənədlər hazırlanacaq və balaca qızımız müalicə olunacaq.Buna heç şübhən olmasın.

-Allah sizdən razı olsun.İnana bilmirəm həqiqətən də.Mən bilməzdim.Çox sağ olun.-deyərək gözyaşlarını sildi anam.

            Səhər saat on birdən mənim üçün saray kimi görünən həmin o evdə idik.Doğurdan da qoca kişinin dediyi kimi ev çox böyülk idi.Bura daha neçə-neçə xəstə uşaqları yığmaq olardı.İnana bilmirdim.Allahın mənə ad günümdə etdiyi ən gözəl hədiyyə idi.O zaman həyatın nə qədər şirin olduğunu anlamışdım.Qoca kişi hətta ad günüm olduğunu bilib mənimçün çoxlu paltar və oyuncaqlar aldırmışdı.Xüsusi bir otaq da ayırtmışdı bizə.İnana bilmirdim.Bu otaq və paltarlar mənim idi.Dəhşət içində idim.Bir gün içində bu qədər hədiyyə məni təəccüblənməyə vadar etmişdi.Mən özümü xəstə kimi hiss etmirdim.Quştək göylərdə uçurdum sanki.Almaniyaya uçacaqdım.Müalicə alacaqdım və mən yaşayacaqdım.Bundan böyük xoşbəxtlik ola bilməzdi.Çox səbirsizlənirdim.Həmin axşam ilk dəfə idi ki anamı qucaqlayıb xoşbəxt bir insan kimi yatmışdım.

            Artıq bir həftədən sonra mənim artıq Almaniyaya getmək lazım olduğu xəbəri gəldi.Babanın mənə aldığı paltarları səliqə ilə çamadana yığdım.Gözyaşlarımı silə-silə anmla vidalaşdım.Bu ayrılıq ölümdən betər idi.Mənim dəqiq sağalmamın vaxtı bilinmirdi.Ona görə uzun bir yolculuğa görə anamın qoxusunu ciyərlərimə çəkməli idim.Mən orda onsuz nəfəs alacaqdım.Amma buna məcbur idim.Artıq vida anı çatmışdı.Onu qucaqlayıb gözlərindən,üzündən,əllərindən öpdüm.Əllərini möhkəcə sıxıb ona sanki təsəlli verdim.Və maşın artıq məni gözləyirdi.Mən yeni bir həyatla mübarizə aparmaq üçün bu yolu getməli idim.Qarşıma belə bir fürsət çıxmışkən bunu əldən vermək olmazdı.Maşın məni uzaqlaşdıran zaman arxadan anamın qəmli baxışları sanki “Qızım get sağal və gəl”deyə çağırırdı.O bəlkə də məni yenə qucaqlamaq istəyirdi amma artıq sürücünü gözlətmək ayıb olardı.Onsuz necə qalacaqdım heç bilmirdim.Amma qalmalı idim.Sırf anam sevinsin deyə mən yaşamalı idim.

            Artıq  mənim on yeddi yaşım var idi.Bu neçə il ərzində mən mübarizə apararaq bu xəstəliyin üstəsindən gəlmişdim.Almaniyadaki son günüm idi.Xəstəxanada tanış olduğum Berit adlı qız ilə bu gün kafedə görüşəcəkdik.O da Leykemiya xəstəliyinə tutulmuşdu.Demək olarki biz birlikdə bu xəstəliyin üstəsindən gəldik.Bir olduq.Hər bir günümüzdə,hər bir ağrımızda bir-birimizə dəstək olduq.Mən artıq demək olar ki Almanca danışırdım.Berit mənə dili öyrətmişdi.Çox səbirli qız idi.Məni də çox istəyirdi.Bəlkə də xəyalımdakı o əbədi dostu tapmışdım.Bizim ölkədən olmasa da amma sağalmamada mənim üçün mühim bir əhəmiyyət kəsb edən bir qızı özümə yad görə bilməzdim.O məndən tez sağalmışdı və hər dəfə xəstəxanaya gedib gəlirdi.Məni yoluxurdu.Hər ağrımda mənimlə birlikdə ağlayır,hər ağrım keçdikdə mənimlə birlikdə sevinirdi.O mənim can dostum idi.Onun da anası yox idi.Atasına çox düşkün idi.Necə ki mən anama düşkün idim.Və anam üçün burnumun ucu göynəyirdi.Tezliklə Bakıya qayıdıb ona sarılmaq və qızının nə qədər güclü olduğunu göstərmək istəyirdim.Berit ilə kafedə olan görüşümüz heç yadımdan çıxmır.İkimizdə ağlamışdıq.Ayrıla bilmirdik bir-birimizdən.Mən gələcəyimə söz verib ondan güclə ayrılmışdım.Həqiqətən ondan ayrılmaq çox çətin idi.Amma dözməli idim.Mən nə vaxtsa qayıdacağıma əmin idim.Birtəhər ondan ayrılıb evə gəldim.Çox yorğun idim.Gözlərimi yumub daş kimi yatdım.Səhər görə çox həyəcanlı idim.

            Sabah tezdən durub əynimi geyindim.Taksinin gəldiyini eşitdim.Tez aşağı düşüb taksiyə mindim.Hava limanına çatanda gözlərim doldu.Bu şəhər doğmalaşmışdı artıq amma öz şəhərim üçün çox amma çox darıxmışdım.Uzun müddətli  yoldan sonra nəhayətki Bakıda idim.Qarşılamağa anam və mənim sağalmağımın demək olar ki 90% yardımçısı Saleh baba gəlmişdi.Onların gözləri par-par yanırdı.Anam məni görən kimi təəccübünü gizlədə bilmədi.Mən təbiiki çox dəyişilmişdim.O həminki gözü çuxurda olan,üzünün rəngi qapqara,demək olarki danışa bilməyən balaca Ləmandan əsər-əlamət yox idi.Mən indi bir az böyümüş və olqunlaşmışdım.Bir az da makyaj edirdim.Bunu da mənə Berit öyrətmişdi.Ondan çox şey öyrənmişdim.Sağ olsun mənim savadlı olmağım üçün mənə nağıllar da oxuyardı,almanca gözəl şeirlərdə deyərdi.Təki mən nəsə öyrənim.Axı mən məktəbdə oxumurdum.Anamın mənə olan baxışları məni sevindirdi.Onun o gözəl siması sanki məni görüncə daha da bir gözəlləşmişdi.O da sağalmışdı Saleh baba sayəsində.Hər dəfə zəng edəndə anamın səsinin düzəldiyini hiss edirdim.Biz ikimizdə xərçəngə qalib gəlmişdik.Biz iki ana-bala çox güclü dayandıq bu xəstəliyin qarısında.Və təbiiki Saleh baba sayəsində.Bakəya çatdığımda anamdan sonra onunla görüşdüm.Sanki öz babammış kimi bağrıma basdım onu.Bəlkə də on dəqiqə onu qucaqladım və sonsuz təşəkkürlərimi bildirdim.Onun sayəsində yenidən gözəl bir həyata başlamaq doğurdan da əla hissdir.Mən artıq özümü normal bir gənc qız kimi hiss edirdim.Ad günümə bir ay qalmışdı və mənim on səkkiz yaşım olacaqdı.Bir gənc qız olaraq bu günə qədər çəkdiyim əziyyətləri düşündüm.Və bundan sonra qarşıma hansı maneə çıxsa belə onu bir dəf ilə yox edəcəyimi bilirdim.Özümə olan soznsuz güvənim sayəsində mən bunu bacardım.Və mənim indi iyirmi beş yaşım var.Saleh baba sayəsində oxudum,təhsil aldım,hazırlaşdım və univerisitetə qəbul oldum.Oranı bitirdikdən sonra isə özümə kiçicik bir iş qurdum.Mən artıq xəstə uşaqlara maddi yardım dərnəyi açmışam.Və bu iş sanki mənim keçmişdə olan bütün acılarımı itirib.Özümü gümrah hiss edirəm.Belə bir işdə işlədiyim üçün isə özüm ilə fəxr edirəm.Hətta anam da fəxr edir.Mən bacardım.Mən Leykemiyaya qalib gəldim.İndi növbə digər xəstələrdədi.Mən inanıram ki,onlarda istəsələr,dua etsələr və ən əsası inansalar bütün hədəfləri yenə bilərlər.Mən inandığım üçün sağaldım.Mən dua etdiyim üçün sağaldım.Və mən cəhd edib,ayaqda dik durduğum üçün sağaldım.İndi növbə sizindir.Ümidinizi heç vaxt itirməyin ...

P.S : Həqiqətən də o qalib gəldi.O istədiyi hər şeyə sahib oldu.Sadəcə istəmək yetər.Buna cəhd edin.


... dəfə oxunub
Qiymət: 10/10(3 səs)
[qiymət ver ]
Şərh yaz
3+36=
Hesaba giriş
Müəllif

Bəyaz Məmmədova
Haqqında
Kədəri də,sevinci də layiqincə yaşayın.Yeri gəlsə qışqıraraq ağlayın,yeri gəlsə qəhqəhə çəkərək gülün.Nə ağlamaqdan,nə də gülməkdən utanmayın.Təsəllilər isə təsəlli olduğu müddətcə təsəlli kimi də qalacaq....
Əlaqə
E-mail:
beyaz.queen@gmail.com
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.031 saniye