Mən səni çox sevdim ...
Bəyaz Məmmədova tərəfindən "Digər yazılar" bolməsinə 02:48 08 noyabr 2014 tarixində əlavə olunmuşdur

Bax mən elə də romantik insan deyiləm...Bir az realam,bir az da sənəm.Sənə yazdığım bu sözləri sənsizlikdən yazıram.Buralar çox soyuqdu.İnan mənə buz bağlayıram az qala.Sənsizlik deyə yer varmış.Bildiyimə görə bədəli çox baha imiş.Mən də bu bahalı bədəli ödəyib bura gəldim.Əslində bilirsən gəlmək istəmirdim amma sən gedincə mənimdə bura gələsim gəldi.Hər şey gəldi amma sən gəlmədin.Hə onu deyirdim axı buralar çox soyuqdu.Elə bil axşamlar daha soyuq olur.Qollarım,ayaqlarım,bütün bədənim üşüyür.Hətta burnum da üşüyür.Azca da göynəyir.Amma soyuqdan deyil,səndən və ya belə desək yoxluğundan.Bilirdin onsuzda mənə çətin idi yaşamaq.Bir az da sən çətinliyə itələdin məni.Qəsdinmi vardı mənə?Ey insan,indi sevinirsənmi məni soyuğa tərk etdiyin üçün?Bax sənə bir söz deyim Bu yazdıqlarımı heç vaxt oxumayacağını bilirəm.Və oxumayacağını bilə-bilə bu yazının hər cümləsini sənə doğru yönəldirəm.Yəqin artıq dəli olmuşam.Sənə deyirəm hamısı soyuqdandı.Bir azdan əllərim donacaq və açılmayacaq,gözlərim soyuqdan yenə əvvəlki kimi parlamayacaq,dodaqlarım qupquru quruyub çatlayacaq,əynimə geyindiyim yaz paltarları qışın covğununa tab gətirməyib cırılacaq.Mən bunlara hazıram.Amma hazır deyildim.Hazır olsaydım indi hazır olmazdım.Amma mən indi hazıram.Əvvəl belə bir şeyin olacağını düşünməzdim.Ona görə də bəlkə hazır deyildim.Yəqin sən çox sevdiyivin gözlərini belə bağlamısan ki,heç biri hazır olmadığı bir yolda üşüyürlər.Bəlkə də bir tək mənə idi qəsdin.Sənin sevgin mənə qarşı olan sui-qəsd idi...

            Bəli...Bir az kapuçino və bir az sən dadan xatirələr var ətrafımda.Otağım sən qoxmur amma sənsizlik qoxur.Hər nəysə içində sən varsan əsas.Bilirsən kapuçinonu çox sevirəm.Sən də az içməzdin...Hər zaman içdiyində mənə görə içdiyivi də qeyd edərdin.Burda isə hamı içir.Kimisi kapuçino,kimisi araq,kimisi çay,kimisi isə kofe.Hər insan bir cür yaralanıb.Mən sənsizliyi sənlə etdiyim hər bir gün ilə əvəzləyirəm.Amma təkbaşına.Kimsəsizcəsinə.Əgər sevgidən ən yaxşı əzab çəkən müsabiqəsi olsaydı birinciliyi əldə edərdim.Bəlkə də yox üçüncü olardım.Əşi nə bilim.Bir yer tutardım əsas.Sənin verdiyin acı sayəsində belə böyük-böyük danışa bilirəm.Yoxsa məndən müsabiqə birincisi olmaz.Mən güclü insan deyiləm.Mən sənsizliyin sakit məcmusuyam ...

            Adım önəmli deyil.Yazın onsuz qalmış bir qız,ya da ki qızcığaz.Ya da yox yazın onu hər zaman ürəyində daşıyacaq qəhrəman.Qəhrəman?Ah mən necədə cəsur imişəm xəbərim yoxmuş.Sənin sayəndə acıların kraliçası olacam.Bu necə də möhtəşəm acıdır.Bu necə möhtəşəm sənsizlikdi inana bilmirəm hələ də.Az müddət deyil ta səni sevəndən tərk etdin məni.Yəni mənim sevməyim bizim sevgimizə uğurlu gəlmədi.Maraqlıdı indi kimin sevgisinin uğuru ilə yaşayırsan.Oğlunuzun adını da Uğur qoyarsınız.Gərək deyərdim oğlun olanda mənə də de ki səni təbrik edim.Getmədən son sözümü deyərdim.Heyf bax indi buna üzüldüm.Bir gün ad günündə sənə zəng eləsəm ?Xoşbəxtlikmi arzulayım?Sənə ən gözəl günlər sənin olsunmu deyim?Get kimlə olursa olsun sevin,de,gül,əylənmi deyim?Mən sənə nə deyim?Söylə məndən  alıb apardığın xoşbəxtliyi başqaları ilə gülə-gülə ye deyimmi?Sənə oxşayan oğlun,ona oxşayan qızın olsunmu deyim?Söylə axı mən nə arzu edim sənə?Bəlkə sizə hədiyyə alım?Aləm məncə.Gözəl bir ev tablosu ya nə bilim ikinizə ayrıca bir ətir,ya da ki uşağınızın yataq dəstini mən alsam?Necə qarşılayarsan görəsən?Mən sənə nə alım?Mən sənə nə deyim?İllərdir bu sualları həmin bax bu sənsizlikdə düşündüm.Sən həyatını qurarkən mən də səninlə birlikdə,sənin heç xəbərin belə olmadan sənin həyatıvı qurdum.Amma yox inan mənə sənə xoşbəxtlik arzulasam günah olar.Sən mənimlə xoşbəxt olmalı idin.Sən mənim yanımda gülməli idin.Mən yoxamsa buna da ehtiyac yoxdur deməkdir.Bağışla mən səni çox sevdim və buna görə sənə xoşbəxtlik arzulaya bilməyəcəm.Buna görə səni gülmüş kimi görmək istəməyəcəm.Sən olma xoşbəxt.Mən də olmayım.İkimiz ayrı yerlərdə,ayrı otaqlarda,ayrı qışlarda yada salaq bir-birimizi.Məni yada salmalısan.Xoşbəxt olsan mən yada düşməyəcəm.Sən məni bir günah kimi içində saxlayıb,hər gün bir bədəl kimi ödəməlisən.Sən əzab çəkməlisən.Sən oturduğun hər skamyada,baxdığın hər nöqtədə,eşitdiyin hər mahnıda,rəqs etdiyin hər musiqidə,baxdığın hər qızda,seyr etdiyin hər sevgidə,inandığın hər həyatda məni görməlisən.Sən mənləşməlisən.Unutmamalısan.Sən məni ömrünün sonuna kimi yaşamalısa.Sənə verdiyim sevgi üçün bunu etməlisən.Mən çünki səni elə-belə sevmədim.Həqiqi sevdim,əsaslı sevdim,yalansız sevdim.Mən sənə xoşbəxtlik arzulayacaq qədər az sevmədim.Mən çox sevdim...Sən heç sevməzkən.Mən çox dərin sevdim ....

 


... dəfə oxunub
Qiymət: 10/10(2 səs)
[qiymət ver ]
Şərh yaz
5+18=
Hesaba giriş
Müəllif

Bəyaz Məmmədova
Haqqında
Kədəri də,sevinci də layiqincə yaşayın.Yeri gəlsə qışqıraraq ağlayın,yeri gəlsə qəhqəhə çəkərək gülün.Nə ağlamaqdan,nə də gülməkdən utanmayın.Təsəllilər isə təsəlli olduğu müddətcə təsəlli kimi də qalacaq....
Əlaqə
E-mail:
beyaz.queen@gmail.com
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0275 saniye