Məni ki, Sən Yaratadın, Tanrı...
Uraqan tərəfindən "Digər yazılar" bolməsinə 11:56 01 iyul 2014 tarixində əlavə olunmuşdur

Bütün bunlar nə üçündür, Tanrı?

Əvvəlcə həyat verib, xoşbəxt edib, sonra amansızca ölümü göndərmək. Hə bir də ölümdən ağırı da var. Hansı ki, ölmək üçün hər gün dua edirsən. "Niyə ölmədim", "Niyə ölmürəm?" deyirsən. Bütün bunlar nəyinə gərəkdir? Yəgin boşluq oldu, bizi yaratdın sən. Başını qatmaqçün? Cümlələrim çox sərt ola bilər, amansız ola bilər. Amma sənin bizə yaşatdıqlarının yanında nədir ki, bu sözlər? Nə vaxtadək öz sözlərimizi içimizdə saxlamalıyıq, qanatmalıyıq içimizi? Yox! Ən yaxşısı bir az da yazım...

Bəlkə də biz sənin qələmindən çıxan mürəkkəbik, necə ki, bir müəllif öz obrazına əzab verir, eləcə də sən bizə o əzabı yaşadırsan. Bəli biz sənin qələmindən çıxan mürəkkəbik...

Bəlkə Məni çox insan qınadı, "Bu nədir yazdın?" deyə, Ancaq unutma Tanrı, məni ki, sən yaratdın. Bütün özəlliklərimi səndən aldım. Aldım ki, üsyan edə bilim?!

 

Düzünü bilmək istəsən, Tanrı, bilmirəm bu dini qadağaları sən qoymusan, ya qoymamısan. Bilmirəm... 

Məni səhv başa düşmə, demirəm ki, bizi sən yaratmadın, sadəcə niyə yaratdığını bilmək istərdim?! Öz həyatımı yaşayıram, özümü heç bir həzdən məhrum etmədən. Vaxtı çatanda qoyduğun qadağalara görə deyil, etdiyim əməllərimə görə sorğulayarsan məni. Məni ki, Sən yaratdın, Tanrı...


... dəfə oxunub
Qiymət: 8/10(7 səs)
[qiymət ver ]
Şərh yaz
1+28=
Hesaba giriş
Müəllif

Uraqan
Haqqında
"Hərbidən Qeydlər" kitabınıın müəllifi.
Əlaqə
E-mail:
bakugan20@inbox.ru
Sosial şəbəkə:
Twitter
YouTube-da izlə
Facebook
0.031 saniye