Bir eşqi təsvir etmək çətin və məsuliyyətli işdir.Onun ən xırda detallarını vurğulamaq,onu bir ağac kimi təsvir etmək,o ağacın meyvəsini,yarpaqlarını,gülünü bir rəssam kimi cümlələrə çəkmək lazımdır.Cümlələr isə o qədər aydın və səlis olmalıdı ki,qarşıdakı insan sənin sevgi əzabı çəkmədən amma bu əzabı hər zaman hiss edib,yaşadığını anlamalıdır.Bir az qəribədə olsa belədir.Sevgi əzabı çəkən insanlar sevgini o qədər gözəl vurğulaya bilməz.Onların başı sadəcə öz eşqlərinə qarışar.Onlar sadəcə dünyadakı bir insana öz içindəki gizəmli sözləri çatdırmaq istəyərlər.Amma yerdə qalan insanlar onun vecinə belə olmaz.Vecsizlik baş verər ilk öncə.Deməli sevginin yaratdığı birinci xüsusiyyət vecsizlikdir.Bu da ki,qarşıdaki şəxsləri qıcıqlandırmaq,özündən kənarlaşdırmağa doğru irəliləyə bilər.Yəni həyatla mübadilə aparırsan.Belə də deyə bilərik.Yalnlızca bir nəfəri istəyərsən bütün insanların qarşılığı olaraq.Eşqi təsvir etmək kimi yaşamaq da məsuliyyətli işdi.Bu zaman yalnızca fikrini ona yönəltməlisən.Necə ki bir rəssam rəsm çəkən zaman diqqətini çəkdiyi rəsmə verir.Diqqətli olmaq lazımdı.Əgər pozandan çox istifadə etsən vərəqin əvvəlki şəffavlığı itə bilər və sənin o əsrarəngiz əsərin sadəcə birinci sinif uşağının çəkdiyi ağac rəsminə bənzəyər.Sevgi də belədir.Diqqətli olmaq,pozandan az istifadə etmək lazımdı.Yoxsa çəkdiyin əziyyətlər bi dəqiqə içində,bir söz ilə kəsilib atıla bilər.Sevgi sənin emosiyandır,ehtirasındır,ağlında yaratdığın dahiyanə fikrindir,illərdir görmədiyin,bilmədiyin,hiss etmədiyin varlığındır.İçində gizlənən,səninlə arada bir gizlənqaç oynayan balaca şıltaq bir uşaqdır.Sevgini əzizləmək,ona sahib çıxmaq,onu qorumaq lazımdı.Əgər onu başlı başına ötürsən,onu ya maşın vuracaq,ya oğurlanacaq,ya da ki sahibsiz bir sevgi olaraq qalacaq.Sevgi bağlılıqdır.Qarşındakından bağlılıq gözləmədən bağlanmaqdır.Onu hiss etməkdir.Sevgi bəzən itirdiyini tapmaqdır.Qəlbində itirdiyin bəzi duyğuları yenidən canlandıra bilməkdir.Gözlərinin hüceyrələrinə kimi işləyən sevgi bir daha o hüceyrələrdən silinməz.Gözlər başqa,ürək bir başqa sevər.Gözlər vurular,aşiq olar.Ürək isə ehtirasla onu səsləyər.Onun olmaq,əlinin o toxumalarını hiss etmək,gözlərinin o baxışını seyr etmək,ürəyinin gizlin-gizlin döyüntüsünü eşitmək,bədəninin utanğac şəkildə titrədiyini hiss etmək,yanaqlarının qızartısını sezmək,dediyi sözlərin titrəyişini dinləmək başqa bir dünyadı.Sevgi dünyası adlı bir cənnətdi.Heç kimi düşünmədən ora getmək və bir daha ordan qayıtmamaqdı əsl məqsəd.Sevgi bəzən damarlarının dəridən görünməsinə səbəb yaradır.Buna bir cür qısqanclıqda deyilir.Yəni qısqanclıqdan doğulmuş əsəbilik.Onu başqası ilə paylaşmamaq qanunu deyilən bir maddə var sevgi adlı konstitusiyada.Bu maddəyə zidd olsan sevgi adlı azadlıqdan məhrum olacaqsan.Bəziləri bağışlamaq hüququna malikdi,bəziləri isə birdəfəlik ölüm hökmünə.Yəni sevgi elə də məsum bir hiss deyildir.Qorxulu yanları da vardır.
Əslində sevginin bir çox sinonimi vardır.Bu sinonimlər bəzən sevgi sözünü əvəz edir.İlk öncə sinonim olaraq paylaşmamaq sözünə diqqət yetirə bilərik.Məsələn elə götürək bir şokolad.Hər birimizin sevdiyi xüsusi bir daddır.Onu paylaşa bilmərik bəzən.Çox sevdiyimizdən paylaşa bilmərik,itirmək istəmərik,ancaq bizim olsun deyərik.Sevgi də buna bənzəyir bir şokolad kimi dadlı,insanın ruhunu yeniləyən,insanı başqalaşdıran bir hissdir.Və sevdiyin insanı kiminləsə paylaşsan o sənə qalmaz və bir daha sənin olmaz.
İkinci bir sinonim olaraq ehtiras sözünü ön plana gətirməliyik.psixoloji cəhətdən yaranmış bu hiss çox qəribədir.Bədəninin bütün hissələrində hiss etmək istərsən.Bütün vücudunu sarsın.Bütünlüklə sənin olsun.Qəribədir sanki bir sarmaşığın ağaca sarılması kimi.Sevgi davam etdikcə artan bir hissdir ehtiras.Saçının ilk tükündən ayağının baş dırnağına qədər hiss edərsən bu hissi.Ayrılmaq istəmərsən,toxunmaqdan əl çəkmək istəmərsən.Sadəcə bir günlük belə olsa onun sənin,sənində onun olmağını istəyərsən.
Üçüncü və sonuncu sinonim isə itirmək qorxusudur.Əslində bu sözü sevgi sözünün sinonimi deyildə daha çox açıqlaması kimi anlamaq olar.Sevgi sözünün hərfi mənası itirmək qorxusudur.Heç kəs sevgisizlikdən ölə bilməz.Amma düşünəndəki o bir daha olmayacaq onda öldüyünü hiss edərsən.Mənəvi cəhətdən sürünərsən yerlərdə.Özünü bəzən bir dilənçiyə bənzədərsən.Ondan sevgi umarsan,getməməsi üçün nə aktyorluq varsa edərsən.Getdikdən sonra isə öyrəşərsən.Yəni bu cənnətin sonu olar.O cah-cəlallı həyatının bir dönüm nöqtəsi olar.Bir iş adamının iflas etdiyini öyrəndikdə keçirtdiyi hisslərin üç qatını keçirdərsən.İflas edərsən sən də.Əlində olan sevgini itirdikdən sonra iflasa doğru gedər həyatın.Amma ölmərsən,ac qalmarsan.Əlbəttə biri gəlib sənin aç qalmış qarnını doyuzdurar.Sən də doyarsan.Amma bir söz var.İnsan keçmişini unutmamalıdır.Keçmişlə yaşamayın amma onu da unudub gələcəklə hərəkət etməyin.Yoxsa daima ac qalmağa məcbur olarsız.