Millətlər və Sən
Amin Mehdi tərəfindən "Şeir" bolməsinə 08:33 30 iyun 2015 tarixində əlavə olunmuşdur

Bir fransız mahnısı qonaq gələ gecənə.
Və fransız olasan gələn-gedənə.
Sonra bir ərəb olasan başında ənmamən.
Dəstinamaz alıb arzularından
İbadət edəsən xəyallarına.
Ya da bir qara dərili olasan.
Hər kəs film çəkə uğurlarına.
Yəhudi olmaq da pis fikir deyil.
İcadlar,kəşflər ola həyat məqsədin.
Peruda doğulub
Günəşi sahildən edəsən seyr.
 Türk olmaq tələbi olmaqdır şair
Və şair olasan
Ya da bir alman
Bütün xalqlar baxa sənə həsədlə.
Gözünü bir azcıq qıyıb yapon olasan.
Şirkət qurasan adı “sən” olan.
Və mən hansı millətdən olsam da,
Fərqi yoxdur.
Onsuz bütün işlərimdə varsan


... dəfə oxunub
Qiymət: 5/10(1 səs)
[qiymət ver ]
Şərh yaz
6+11=
Hesaba giriş
Müəllif

Amin Mehdi
Haqqında
Qafqaz Universiteti (tərcümə)
Əlaqə
E-mail:
aminmehdi01@gmail.com
Sosial şəbəkə:
Facebook
Twitter
Ordenlər
Nazim Hikmət Ordeni
YouTube-da izlə
Facebook
0.0271 saniye