MÜƏLLİFİNİ YARATMADAN YARANAN
Yaqut Hüseynova tərəfindən "Esse" bolməsinə 19:09 18 may 2017 tarixində əlavə olunmuşdur

 

 

Bircə   anını  belə  kitabxana   rəflərindən  kitab  götürüb   oxumaqla  keçməyən  

həyat  həyat   həyat   deyil ,  sadəcə   üst - üstə  gələn  illər   yığınıdır . Çünki  kitab,  mütailə  ən  gözəl   mənəvi  qidadır .  Kitabxanaların   birində  şahidi   olduğum   bir
hadisə  mənə   çox    qəribə   göründü .  Nə  düşünəcəyimi   bilmədim .  İzlədiyim  bu   olay  Azərbaycan   ədəbiyyatı tarixində   uca   məqama   qovuşmuş   və   hər   
bir   zamanın   güzgüsü    olan   " Molla  Nəsrəddin "  jurnalının   sətirlərində   
canlandırılan   obrazları   xatırlatdı   mənə .  İçimdən  bir    sızıltı  keçdi : 
- " ALLAH   rəhmət  eləsin   MİRZƏ   CƏLİLƏ ! "  Görəsən ,  gördüyüm  
mənzərəni   izləsəydi   yazacağı   növbəti   fleytonunun   adı   necə  olardı ...    Bəxtiyar   Vahabzadənin  kitabın   vərəqləyirdim .  İçəri   yaşı   əllidən   çox  olan  
bir   nəfər   daxil   oldu . Əvvəlcə   kitab   istədi   və  ktab  gətirilənə  qədər    
kiatabxananın  sərgi   bölməsində   qoyulan   kitablara   nəzər   saldı . Birdən : 
-  Bəs  mənim   kitabxanaya  hədiyyə  etdiyim  yeni  kitabım   niyə   bu  sərgiyə   
qoyulmayıb ?  Burdakı   kitablardan  daha   yaxşı    görünür ,  deməsi   hər   kəsi   təəccübləndirdi . Kitabxana  işçiləri   yüksək   mədəniyyət   və   səbrlə   məsələyə   
aydılıq   gətirdilər .  Bildirildi  ki ,  hər   bir  işin  öz prinsipləri   olduğu  kimi ,  
kitabxana   sisteminin   də  özünəməxsus   qayda  və   qanunları   mövcuddur .  
Sərgi   bölməsində  hər   hansı  kitabın   yerləşdirilməməsi   fonda  həmin   kitabın 
daxil   edilmədiyi   anlamına  gəlmir !
    
   
   Həmin   müəllifi   ilk   dəfəydi   görürdüm .  İsrarla   sərgidə  yerləşdirilməlidir ,  
dediyi   kitab   hansıdır  deyə ,  maraqlandım .  Məğzi ,  məramı ,  bədii - estetik   
tutumu   olmayan  nəşri   əlimdə   tutmuşdum .  Sadəcə   itirilmiş   zamanın   
dırnaqarası   bəhrəsi   idi ,  bu   korlanmış   vərəqlər .  Ustad   şair   və   
yazıçılarımızın  mənəvi   əzəmətinin ,  poeziya   və   nəsr   dünyasının   ucalığının ,  
cəmiyyətə   aşıladıqları   bəşəri   duyğularının ,  illər ,  əsrlər  ötsə  belə  qəlblərdəki əbədiyyətinin   qarşısında  dönə - dönə   baş   əydim .  Doğrudan   da   gözəl   kitab
gözəl    cəmiyyət   kimi   duyğuları   və   əxlaqı   tərbiyələndirir ,  nəcibləşdirir ,  
müəllifini   isə   yaddaşlarda   daim   ucaldaraq   yenilməz   edir .  Danılmaz  fakt  
budur  ki ,  hər   bir   kitabın ,  əsərin   ömrü   onun  xalq   tərəfindən   bəyənilməsindən   asılıdır .  Bir   şeirdə   deyildiyi   kimi :

                     Hər   sözü   bir  ulduz ,  bir  şəffaf    almaz ,
                     Mənalar   dünyası   qaranlıq   deyil .
                     Bax ,  böyük   kitablar   yaranır    tək - tək ,
                     Çünki    ömürlükdür ,  bir   anlıq   deyil !

   Hər  gün   dünyada  milyonlarla  kitab  çap  edilir ,  satılır ,  müzakirə    olunur .  
Amma   tarixə   və   yaddaşlara   çox  az   nəşrlər    həkk   olunur .  Bunun   üçün  də
hər  bir   müəllif  sözə   ehtiramla ,  əlindəki  qələmə   məsuliyyətlə    yanaşmalıdır .  
Yazdığı    yazılarda ,  nəşr   etdirdiyi    kitablarda  kəmiyyəti   deyil ,  keyfiyyəti   əsas
prinsip  kimi   izləməli ,  əsrlərin    yol    yoldaşı   ola   biləcək    əsərləri    yazmağı   
məqsədinə   çevirməlidir .  Məhz ,  qələmin   gücü ,  müəllifin   qüdrəti   bu  zaman   
bəlli   olur .
     Yazımı    böyük   fransız   yazıçısı   Michel   De  Montaignenin   gözəl   bir   fikri   
tamamlaya   bilər . O  deyirdi : - " Mən   kitablarımı   yaratmadan   əvvəl ,  kitablarım
məni   yaratdı ! "



                                                          YAQUT    HÜSEYNOV


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
1+20=
Hesaba giriş
Müəllif

Yaqut Hüseynova
Haqqında
Jurnalist...Yazar...Blogger
Əlaqə
E-mail:
hseynova.yaqut@gmail.com
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0235 saniye