Artıq beşinci ildir Azərbaycan Dünyanın ən mötəbər mahnı müsabiqəsi olan Eurovision`a qatılır. Bu beş il ərzində qazandığımız uğurlarla dünya tamaşaçısına milli musiqi ənənələrimizi lazımınca tanıda bilmişik. Avropa Yayım İttifaqının təşkilatçılığı ilə keçirilən Eurovision Mahnı müsabiqəsində çıxış etdiyimiz dörd il ərzində həmişə onluqda yer almışıq. Artıq dördüncü ildə Avropa musiqimizi qalib etdi. Musiqiyə yüksək dəyər verilməsinin nəticəsidir ki, həmişə uğurlu çıxış edib, Dünyanın diqqətini Vətənimizə yönəldə bilmişik.
Üzeyir Hacıbəyov, Müslüm Maqomayev, Bülbül və başqalarını dünya musiqisinə qazandıran Azərbaycanın müasir musiqi daşları da həmin karifeylərin sütunlarında qurulmalıdır. Avropa xalqı bizim musiqiyə olan diqqətimizə yaxından bələd olmağa vaxt tapıb. Biz onların musiqimizə verdiyim dəyərə bələdik. Bu etibarı, musiqimizə verilən yüksək dəyəri qoruyub saxlamaq üçün milli musiqi ənənələrini qoruyub saxlamaq çox vacibdir. Bunu yaxşı başa düşürük ki, beşinci ildə Eurovision Mahnı Müsabiqəsindəki çıxışımızıda Azərbaycan xalqının musiqi tövhəsi - muğamdan istifadə edəcəyik. Bu ilk dəfə deyil. Artıq Avropa camaatına muğam haqqında məlumat verməyə macal tapmışıq. İlk dəfə çıxış etdiyimiz 2009-cu ilin Eurovision Mahnı Müsabiqəsində də muğam parçası ilə tamaşaçıların diqqətini cəlb edə bilmişdik.
Musiqimiz Avropa musiqisindən fərqlənir. Çünki daha çox Şərq ənənələrinə söykənir. Avropa tamaşaçısı üçün bu fərqli notlardan düzələn musiqi sinfoniyası inanılmaz anlar yaşadır. Avropa tamaşaçısı üçün artıq həmin musiqinin beşiyi olan yerlər maraqlıdır. Nəticədə, avropalılar Azərbayacana üz tutur. Əlbəttə, bu əsrarəngiz yerləri - Şərqlə Qərbin astanasında yerləşən, Müasirlik və tarixilik dolu sehrli məkanı görüb də təsirlənməmək olmaz... Avropalılar məhz bu əhvali-ruhiyyə ilə - sehrlənmiş şəkildə öz ölkələrinə qayıdacaqlar.
Odlar Yurdu qonaqlarda təkcə musiqisi ilə deyil, adət-ənənələri - qonaqpərvərliyi ilə unudulmaz təəssürat bəxş edəcək!