Ustad tələbələrini imtahana çəkmək qərarına gəldi. Onlardan üçünü çağıraraq ağ vərəqə bir mürəkkəb damcısı saldı və soruşdu:
- Nə görürsünüz?
Birinci tələbə cavab verdi:
— Qara nöqtə.
İkincisi dedi:
— Ləkə.
Üçüncüsü isə dilləndi:
— Mürəkkəb.
Son dərəcə məyyus halda abid öz otağına çəkildi. Bir müddətdən sonra tələbələri ondan soruşdular:
- Nə üçün cavablarımız sizi bu dərəcədə məyus etdi?
Alim cavab verdi:
- Çünki heç biriniz ağ vərəqi görmədiniz.
Məntiq: Bəzən kiminsə çatışmazlığı ətrafında uzun-uzadı müzakirələr aparmağı, bu şəxsə tənə vurmağı özümüzə borc bilirik. Təəssüf ki, səhvə yol vermiş Allah bəndəsinin bütün müsbət xüsusiyyətləri bu zaman unudulur...