Necə bacardın?
Xuraman tərəfindən "Şeir" bolməsinə 01:36 13 mart 2014 tarixində əlavə olunmuşdur

Necə bacardın bunu?
Yüz illk eşq kimisən..
Ruhumu bir kəlmə söz ilə tilsimləyən,
Gözlərimi gözlərinə məhkum edən,
Məndə yeni sən yaradan əl kimisən..

Necə bacardın bunu?
Bir hərflik söz kimisən..
Ruhumu kilidləyib qəlbinə,
Sanki bir ömürlük həbs kimisən..

İki addım günah qalıb,
İki nəfərlik bir ruh qalıb,
İki söz asılıb dilimdən..
Birdən desəm, son kimisən..

İndi sən yazdıqlarıma tüpür,
Yazmadıqlarımı düşün..
Neçə sən qalıb qələmimdə,
Neçəsini gizləmişəm qəlbimdə?

Necə bacardın bunu?
Bir qəbrdə ruh kimisən...


... dəfə oxunub
Qiymət: 9/10(9 səs)
[qiymət ver ]
Şərh yaz
7+22=
Hesaba giriş
Müəllif

Xuraman
Haqqında
Çox da bi şey deyil
Əlaqə
E-mail:
memmedova.xuraman@list.ru
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.0211 saniye