Nəsə Çatmır Elə Bil
Amin Mehdi tərəfindən "Şeir" bolməsinə 04:04 01 iyul 2015 tarixində əlavə olunmuşdur

Nəsə çatmır elə-bil
Evimizin havasında
Anamın mətbəxində
Bir də mənim
Bax bu balaca otağımda.
Çıxdım dəhlizə ki,
Bir az hərəkət edim
Bəlkə yuxum qayıtsa,
Səni görməyi gedim.
Eyvanda qonşumuzun
Paslı paltar sərgisi
Xəstə qonşumuzun da
Ağrılı iniltisi.
Bir də,zalım qızı,
Sənin rəsmin elə bil
Yuxumu çəkib ərşə .
Nəsə ee nəsə
Vallah nəsə çatmır elə bil!
Bir çimdiklik yanağın,
Bir qucaqlıq qolların
Bir söhbətlik dodağın
Bir gəlişlik ayağın.
Bir də bir mesajlıq barmağın
Qısası,
Nəsə çatmır...
Vallah nəsə çatmır elə bil!


... dəfə oxunub
Qiymət: 10/10(1 səs)
[qiymət ver ]
Şərh yaz
1+26=
Hesaba giriş
Müəllif

Amin Mehdi
Haqqında
Qafqaz Universiteti (tərcümə)
Əlaqə
E-mail:
aminmehdi01@gmail.com
Sosial şəbəkə:
Facebook
Twitter
Ordenlər
Nazim Hikmət Ordeni
YouTube-da izlə
Facebook
0.029 saniye