Nişangah
Elnur Osmanov tərəfindən "Hekayə" bolməsinə 18:27 17 iyun 2015 tarixində əlavə olunmuşdur

Səngərdə növbətçiliyə çıxmazdan əvvəl Teymuru güclü bir başağrısı tutur. Feldşerin yanına gedərək bir ağrıkəsici dərman alıb atmaq istəyir .

Teymur uşaqlıqdan həmişə belə başağrılarından əziyyət çəkib, nə qədər müalicə alsa də tam effekti olmayıb. O özündə artıq bununla barışmışdı. Hətta qonşularında olan Nina nənə onun bir dəfər başağrısı zamanı gözlərinə baxaraq bunu müalicə etdirməməyi məsləhət görmüşdü. İlk əvvəl Nina nənənin nəyə görə belə dediyini nə özü nə də valideynləri başa düşmürdü. Lakin sonradan bu ağrılar güclənən zaman Teymur gözlərini yumduqda qulağına gələn və hiss etdiyi hər şeyin sadəcə səs-küy , qarışıq fikirlər yox , sanki digər insanların yaşadıqları olduğunu dərk etməyə başladı. Artıq 10 yaşına çatanda ağrılar əsasən güclənən zaman sadəcə öz otağına çəkilər, gözlərini yumar və xaotik rənglər və səs hallusinasiyalarının içində anlamlı elementlər tapmağa başlayardı. Düzdü bu çox vaxt alınmırdı. Amma hansısa kadrları, səsləri çözdüyü üçün belə bir qənaətə gəlirdiki bu bütün yer üzündə insanların vaxt və məkan fərqi olmadan tarixə buraxdığı hisslər idi . Çünki adətən çözdüyü görüntülər bir iki saniyəlik də olsa əvvəl qorxu və sonda isə qəfil kəskin ağrı ilə müşayət olunurdu. Artıq 12 yaşında bu tutmalardan bir neçəsini deşifrə etdiyini düşünürdü. Məsələn bir gün tutma zamanı o yük vaqonu ilə qatarda səyahət etdiyini hiss edir. Vaqon insanlar ilə dolu idi, çoxu ağlaşırdı. Hansi dildə danışdıqlarını seçə bilmirdi. Həm də səslər tam aydın eşidilmirdi. Soyuq olduğunu ,üşüdüyünü, titrədiyini hiss edirdi. Amma bəzən ona deyilən sözləri öz dilində olmasa da nədənsə nə deyildiyini anlayırdı. Öz əllərinə diqqət etdi və hiss etdiki hardasa 6-7 yaşında uşaqdı. Əllər çox çirkli, yara ilə örtülmüşdü. Demək olarki vaqonda əksəriyyət insanların üzləri, əlləri bucür idi. Orta yaşlı bir qadın tez tez ona nəsə deyirdi. Əlini alnına qoyub sanki istiliyini ölçürdü. Doğurdan özü də titrəsə də daxildən bir yanğı hiss edirdi. Teymur bir an anladıki bu qadın özünü içində hiss etdiyi obrazın anasıdır. Nə dediyini sözlərindən anlamasa da amma başa düşdüki su təklif edir. Vaqonda çox az şəxsi əşyalar var idi. Amma qadın biraz aralanaraq əsgərlərin dəmir su qablarına oxşar qabda su gətirərək ona verir. Bundan sonra sanki içindəki yanğı azalır və görüntülər pozularaq itir. Bir də Teymur ayırd etdiyi görüntülərdə artıq qarın içində addımladığı olur. Yenə həmin qadın onun əlindən tutmuşdu. Qadının Ona müraciətini bu dəfə yadında saxlaya bilir. Ona tez-tez Ambrozi deyə müraciət edirdi. Kənarda çoxlu əsgərlər və itləri var idi. Daima nəsə qışqırır, bütün vaqondan düşənləri harasa getməyə məcbur edirdilər. Kiminki taqəti çatmırdı, yıxılırdı, onu dərhal silahlarının qundağı ilə vurub qalxmağa məcbur edirdilər. Sıranın bəzi hissələrindən hərdən güllə səsləri eşidilirdi. Qadın əynindəki üst paltarını çıxardıb onun üstünə atmışdır, özü isə soyuqdan titrəyə-titrəyə ağlayaraq tez-tez onun istiliyinə baxırdı. Hiss edirdiki hərarəti yüksəkdir. Böyük bir tikiliyə yaxınlaşırlar . Teymur özünü toplayıb tikilinin üzərindəki yazını oxuyub yadda saxlaya bilir. Dəmir arkada " Arbeit macht frei " yazılmışdı. Sonra görüntülər yenə qarışıq xarakter alır və Teymur heçnə yadında saxlaya bilmir. Bir andan sonra ağrı təkrar güclənir və ağ xalatlı eynəkli bir nəfərin onu yoxladığını görür. Yanındakı qadını isə birneçə əsgər ağlayıb çırpınmasına baxmayaraq sürüyə sürüyə otaqdan çıxardırlar. Ağ xalatlı şəxs onu yoxladıqdan sonra yanındakılara nəsə deyir və ona nəsə dərman içirdirlər. Bundan sonra yenidən görüntülər seçilməz xarakter alır. Bir də həmin gün sonda xatırladığı epizod paltarsız çoxlu sayda insanların arasında, böyük beton zalda olur. Sanki hamını duş qəbul etmək üçün yığmışdılar. Lakin yuxarıdakı borulardan su əvəzinə güclü təzyiqlə qaz zala dolmağa başlayır. Qışqırıq səsləri bir birinə qarışır. Bütün zaldakı insanlar bir birinin üzərinə çıxaraq qapıya doğru can atırlar . Lakin qapılar tam bağlı idi. Hər kəs divarları sanki dağıdaraq azad olmaq istəyirlər. Onun yanında çox insanlar artıq ya az hərəkətli ya da hərəktəsiz halda yerdə uzanmışdı. Özünün isə xatırladığı son o olurki kiçik yaralı əlləri ilə divarı ağlaya ağlaya qaşıyır və divar barmaqlarından axan qana boyanır. Bundan sonra ağrı tam sakitləşir, görüntülər itir və Teymur tez qalxaraq yadda qalanları çözmək qərarına gəlir. İlk öncə atasından soruşur " Arbeit macht frei " sözünün mənasını bilirmi. Atası mənasını bilməsə də sözün almanca olduğunu deyir. Teymurun 12 yaşı olanda evlərində çox pis işləyən dial-up tipli internet var idi.  Atası internetə girir və sözü axtarışa yazır. Nəticələr çıxanda Teymur gözlərinə inanmır. Bu Osvensim adlı alman ölüm düşərgəsinin qapısına yazılmış yazı idi. Osvensimin ağ-qara şəkilləri isə onun bir müddət əvvəl gördüyü məkanlar idi. Atasından oranın daha çox şəklini açmağı xahiş edir. Qaz kamerası adlanan şəkil isə onun son hiss etdiyi məkanın eynisi idi. Teymur çox pis olur. Atası nə olduğunu maraqlansa da , Teymur sadəcə bir filmdə bu yazını gördüyünü deyir və araşdırmaq istədiyini söyləyir. Keçib öz otağına düşünür : Demək onun indiyə qədər hiss etdikləri digər real yaşamış insanlarının ağrıları imiş, Ambrozi adlı uşağın da qızdırma qalxıb yüksək hərarətə çatanda ancaq hisslər aydın olurdu. Ambrozi özünü normal hiss edən zaman isə xatirələri yayılmırdı deyə bir qənaətə gəlir. Teymur sonradan bir neçə dəfə də bəzi epizodları detalları ilə yadda saxlamağı bacarır. Bu haqqda özü çox oxuyub maraqlanır. Artıq 18 yaşında belə bir qənaətə gəlir ki onda epilepsiyanın xüsusi bir növüdür ki , tutma zamanı onun fərdi şüuru kollektiv şüurun ən səthinə kontakt edir. Ona görə də o yalnız kollektiv şüurda olan çox kəskin emosiyaları hiss edə bilir. Yəni insanların tarix boyu keçirdiyi acılar, iztirabların siqnalları kollektiv şüurun ən qabarıq hissələrindədir. Çünki amplitudaları belə hisslərin daha yüksək olur. Özlüyündə belə bir hipoteza irəli sürüki kollektiv şüur bütün hal hazırda olan və artıq ölmüş olan insanların şüurlarının cəmidir. Bu bir okeana bənzəyir. Amma normal yaşayan zaman hər bir fərdə bu okeandan bir hissə ayrılır və kənarda balaca göl şəklində müstəqil olur. İnsanların qızdırma zamanı və ya başqa kəskin hisslər səbəblərdən şüur gölləri kəskin dalğalandıqda onların suyu ətrafdakı kollektiv okeana qarışır və ora siqnallar ötürə bilirlər. Onun özü də epilepsiya tutması zamanı öz şüur gölünü kiçik bir çay vasitəsilə kollektiv şüura qoşur və orda olan daha qabarıq siqnallar onun şüuruna, beyninə əks olur. Lakin kollektiv şüurda o qədər informasiya varki onu adi insan beyni sadəcə analiz edəcək səviyyədə olmur. Ona görə bu hisslər ona xaotik səslər və görüntülər kimi hiss edilir. Ambrozinin son dəqiqələrini və digər deşifrə etdiyi hadisələri isə siqnalların daha güclü amplitudada olmaları və bu siqnalların şüur okeanın onun şüuruna yaxın olan yerində yerləşməsi ilə əlaqələndirir. Yəni siqnallar həmin zaman o obrazların beynindən okeana ötürülərkən hələki tam sifrə olunmamış ona çatır. Müxtəlif dövrlərin hadisələrini görməsi isə onda belə bir qənaətə gəlməyə məcbur edirki kollektiv şüurda zaman anlayışı real dünyadakı kimi deyil. Bu düşüncələrlə o Bakı Dövlət Universitetinin psixologiya fakültəsinə sənəd verir. Əla qiymətlərlə oxuyub bitirir və öz araşdırmalarını hamıdan gizli şəkildə davam etdirir. Universiteti bitirib əsgərliyə cəbhə bölgəsinə yollanır. Ozü tibbi komisiyyada xəstəliyini üzə vurmur və hərbi hissədə yaxın dostlarından və feldşerdən başqa onun belə kəskin ağrılardan əziyyət çəkdiyini heçkim bilmir. 

Feldşer ona iki tablet başağrı dərmanı və su verir . O növbətçiliyə çıxanda daim dərman üzərində götürürki ağrılar onu xidmətdən tam yayındırmasın. Düzdür heçbir ağrıkəsici ona tam kömək etmirdi. Amma ən azından diqqətini cəmləyə biləcək səviyyədə ağrını qismən azaldırdı. Bugün artıq ağrı başlamışdı və tabletləri içib silahını götürüb növbətçilyə başlayır. 

Ardı var...


... dəfə oxunub
Qiymət: 9/10(1 səs)
[qiymət ver ]
Şərh yaz
4+35=
Hesaba giriş
Müəllif

Elnur Osmanov
Haqqında
Hər kəs ona verilən qədər yox, daxilindəki qədər azaddır
Əlaqə
Tel.:
+994558390527
E-mail:
doktorelnur@mail.ru
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0242 saniye