Sonuncu dərsdən bir neçə qızla birgə icazəsiz universitet binasını tərk etdik. Hm, daha doğrusu, qaçdıq. Onsuz da Nizami müəllim "icazə" sözünü eşitmək belə istəmirdi. Mənim isə Ləman müəllimənin cır səsini eşitmək niyyətim yoxdur. Qrupumuzda heç kəs onu sevmirdi.
Avtobusa minib qulaqcıqlarımı taxaraq caz musiqisi dinləməyə başladım. Noyabrda isti bir başqadır.
Qəpiyi qutuya buraxıb piyada getməyə qərar verdim.
Atamın iş yerinə gedirdim. Mebel istehsalında çalışırdı.
Günorta yerini yavaş-yavaş axşama verirdi.
Atam hər axşam bizə iki balaca çoban itindən və böyük ovçarkadan danışardı.
Atam məni görcək təəccübləndi. Adətən mən qaçış edərkən qızlarla kafeyə gedirdim də ona görə.
Bir az danlandım onun tərəfindən. Sonra atam istəyimi yerinə yetirməyə qərar verdi.
İtlər ayrı-ayrı istiqamətlərdə yerləşdirilmişdi.
Çav-çav. Qulaqları və quyruqları kəsilmiş 3-4 həftəlik çoban itləri. Onları sığalladım. Çox şirin idilər. Süd verdim, içdilər.
Bir yaşlı ovçarkanın hürməsindən qorxdum düzü. Elə hündürdən hürürdü ki, gəl görəsən. O, 2 pəncəsini atamın sinəsinə qoyanda atam ona sığal çəkdi. Mən isə kənarda izləyici rolundan idim bu vaxt. Xəfif təbəssüm...