Nuhun gəmisi və ya tufan əfsanəsi
Səbinə Məmmədzadə tərəfindən "Elmi məqalə" bolməsinə 00:35 06 yanvar 2014 tarixində əlavə olunmuşdur

Tufan müxtəlif Şumer, Babil və Yəhudi əfsanələrinin mövzusu olmuşdur. Əsas qəhrəman həmişə eyni olsa da, hadisələrdə detallar dəyişir. Tanrılar (və ya tək bir tanrı) yer üzünü suya qərq edərək bütün insanları məhv etməyə qərar verir. Yalnız bir nəfər tanrılar tərəfindən qorunduğu üçün ailəsini və heyvanlarını xilas etməyə müvəffəq olur. "İncil"də bu qorunan insan tufandan sonra gəmisi Ağrı dağında sahilə çıxan Nuh`dur. Şumer əfsanələrində isə qəhrəman Ziusudra adlanır ("ziusudra" - "uzun müddətli həyat"); Babillilər həmin adamı Atramxasis ("atramxasis" - "çox ağıllı") kimi tanıyırdılar. "Gilqamış dastanı"nda isə tanrılar Utnapiştim`ə əbədi həyat verirlər.

Mesopotamiya əfsanələrində insanların dayanmadan törəməsinin qarışıqlığa səbəb olduğu üçün tufanın baş verdiyi söylənilirsə, "İncil"də edilən günahların əvəzində qəzəblənmiş tanrı insanları cəzalandırır.

 


... dəfə oxunub
Qiymət: 10/10(5 səs)
[qiymət ver ]
Şərh yaz
9+10=
Hesaba giriş
Müəllif

Səbinə Məmmədzadə
Haqqında
314 saylı orta məktəbin 9-cu sinif şagirdiyəm. Hərdən nələrsə yazıram. Qardaşımın yazıları mən də bu sahəyə maraq oyadıb. Gələcəkdə kitablarımın nəşr olunmağını arzu edirəm.
Əlaqə
E-mail:
sebine105@box.az
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.0218 saniye