Ölmək Yaşatmaqdır
Amin Mehdi tərəfindən "Şeir" bolməsinə 03:37 10 iyul 2015 tarixində əlavə olunmuşdur

Yoldaşlar,ölümün tezliyi
Yaşamın tənbəlliyindən irəli gəlir.
Əlbət yaşamayan ölər
Yaşamamış kimi dünyadan köçər.
Ölüm başqa həyata keçid yox
Başqa həyatlara
Başqa ağaclara gübrə olmaqdır.
Yenilər doğulsun deyə.
Başqa həyatlar üçün fəda olmaq,
Torpaqlar ac qalmasın deyə
Yem olmaqdır ölümün adı.
Bəlkə də həyatın qayəsidir bu.
Yoldaşlar.tez ölsəm əgər.
Əlbəttə bu ola bilər.
Ağlamasın,qadınlar,
Aşnalar və doğmalar.
Mən gübrə olacam.
Axır ki,həyata
Bir qulp olacam.
Ağlamaq yerinə 
Bir Çinar əkərsiniz məzar başına.
Mən o ağaca da gübrə olub
Vaxtından tez ölmüş xəyallarıma
Kölgə olacam...


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
4+25=
Hesaba giriş
Müəllif

Amin Mehdi
Haqqında
Qafqaz Universiteti (tərcümə)
Əlaqə
E-mail:
aminmehdi01@gmail.com
Sosial şəbəkə:
Facebook
Twitter
Ordenlər
Nazim Hikmət Ordeni
YouTube-da izlə
Facebook
0.0286 saniye