Ölü gəlin və qeyri-adi şəhər əfsanəsi
Səbinə Məmmədzadə tərəfindən "Digər yazılar" bolməsinə 19:59 20 iyul 2014 tarixində əlavə olunmuşdur

Meksikanın Chihuahua şəhərində gəlinlik mağazasının vitrininə 1930-cu ildə yerləşdirilən və o gündən bəri burada duran gəlinlikli maniken, qeyri-adi bir şəhər əfsanəsini yaratdı. Deyilənlərə görə maniken, mağazanın sahibi Pascuala Esparzanın qızıdır.

Qız, evlənməmişdən bir müddət öncə zəhərli bir hörümçəyin çalması səbəbiylə vəfat edib. Bundan sonra, anası qızını mumyalayıb ölümsüzləşdirmək qərarına gəldi.

1930-cu ilin 25 martında ilk dəfə vitrinə qoyulanda, əhali manikenin əslində insan olduğunu hiss etmişdi və onun Pascualanın qızı olduğuna inanmağa başlamışdı.

Həmin vaxtlar Pascuala bunun yalan olduğunu desə də, insanlar ona inanmadı. Vaxt keçdikcə qızın adı unuduldu və o, atasına bənzədiyi üçün “La Pascualita” (Kiçik Pascuala) adını aldı.

Mağazanın sonrakı sahibləri də, həmin manikeni vitrində saxlayırdı. Onun barmaqları, dırnaqları insanları şoka salırdı.

Mağaza işçilərindən biri, La Pascualitaya yaxınlaşa bilmədiyini, ancaq onun ayaqlarında incə damarların belə olduğunu deyirdi.

Hər nə qədər bu hekayənin doğru olub-olmadığı bilinməsə də, La Pascualita Meksika hüdudlarında kənarda da olduqca məşhurdur.


... dəfə oxunub
Qiymət: 10/10(7 səs)
[qiymət ver ]
Şərh yaz
2+12=
Hesaba giriş
Müəllif

Səbinə Məmmədzadə
Haqqında
314 saylı orta məktəbin 9-cu sinif şagirdiyəm. Hərdən nələrsə yazıram. Qardaşımın yazıları mən də bu sahəyə maraq oyadıb. Gələcəkdə kitablarımın nəşr olunmağını arzu edirəm.
Əlaqə
E-mail:
sebine105@box.az
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.0247 saniye