Ölüm qo(r)xusu...
Ülker Qehremanova tərəfindən "Esse" bolməsinə 01:30 05 yanvar 2014 tarixində əlavə olunmuşdur

                                                                  Bu gün o,dünyasını dəyişdi.  Onsuz da bezmişdi bu dünyadan,hər gün eyni şeyləri eləməkdən.  Daha doğrusu,hər gün heçnə eləməməkdən bezmişdi...

  Özümü bildim biləli onu tanıdığım halda yaşını heç vaxt bilmədim.  “Yaşa dolmuş” deməklə kifayətləndim.  Vaxt var idisaçı ilə gözləri eyni rəngdə idi.  Onun öz fikrincə artıq həyatda etməli olduğu hər şeyi etmiş və bir kənara çəkilmişdi.  Artıqbundan sonra sadecə olanları seyr etmək ona bəs edirdi.  İndi sadecə ölümü gözləyirdi.  Gəlməyini istəmirdi,amma gözləyirdi. Tək etiraz edə bilmədiyi şey ölüm idi çünki.

  Düşünün,bizdə də hərdən olur.  Bir qonağın bizə gələcəyi xəbərini alarıq.  Heç istəmərik gəlməyini,amma gözləyərik. Sevmərik bu qonağı,amma yenə də gözləyərik.  Tez gəlsin,tez getsin deyə,o gün tez bitsin deyə hər şey edərik.  Bax,o da beləölümü gözlədi.  Tanıdığım insanlar arasında ölümdən ən çox qorxan o idi və o öldü...

  Bundan sonra başladım ölümdən qorxmağa.  Anladım,o həm uşaqlara,həm də yaşlılara qıya bilir.  Anladım,ölüm nəxəstələrə,nə də daha neçə illər yaşaya biləcək qədər sağlamlaragüzəştə getmir.  Gördüm,o nə ölməyə layiq olduğu halda yüz il yaşayan pisləri,nə də yaşamağa ən çox haqqı çatan yaxşılarıayırmır.  Bax,mən o an qoxmağa başladım ölümdən.


... dəfə oxunub
Qiymət: 8/10(3 səs)
[qiymət ver ]
Şərh yaz
2+13=
Hesaba giriş
Müəllif

Ülker Qehremanova
Haqqında

Əlaqə
E-mail:
gahramanova.u@gmail.com
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.0239 saniye