Otuz iki hərf və yeddi nota..
Xuraman tərəfindən "Şeir" bolməsinə 23:55 14 aprel 2014 tarixində əlavə olunmuşdur

Necə deyirdilər, yadında?
 "32 hərfin edə bilmədyini, 7 nota edərmiş.."
İmzasını qoyarmış dərdlərin altına..
Eh, sevgilim, bax o yeddi nota,
Bütün çılpaq gülüşləri həyatından silərmiş..
Bax, yavaş-yavaş ölümə qaçıram..
Öldüm mü mənə bir az həzin, bir az intiharlı mahnı dinlədin..
Onsuz dualarım susur Allah qarşısında..
Bir az azana qarışsın son nəfəsim,
Bir az hicrana..
Heç qayıtmamaq var axı bir də..
Bax, onda heç ağlama..
Səni də susdurar o yeddi nota..
Susss... Heç nə demə
Misralarım dolaşır ayaqlarıma..
Sus, sus, gör nə var orda?
Mənim uşaqlığım.. Hə bir də ayna..
Sus, nə olar, sus.. danışma..
Qoş, o gün gülərək dinlədiyimiz şərqini..
Gəl, rəqs edək..
Fərqi yox, hansı musiqi..
Qoy, mahnılar ağlasın mənim məzarıma..
"Hardasan, niyə yoxsan?" sorma..
Taleyim silinib yuxarılarda..
Narahat olma, hələ burdayam..
Baş ucunda..
Amma günəşdə əriyən qar kimi gedirəm uzaqlara..
Bax, bax, gör nə var orda?
"Verdiyim sözlər, tək bir güllə, hə, hə, bir də boş vərəq.."
Ağ, boş, heç nə yoxdur içində..
Mən sənə özümdən sonra otuz iki hərf yox, boş, bəmbəyaz səhifə qoyuram..
Səkkizinci notanı aparıram özümlə..
Sən də gəlsən, rəqs edərik günəşdə..


... dəfə oxunub
Qiymət: 8/10(12 səs)
[qiymət ver ]
Şərh yaz
3+28=
Hesaba giriş
Müəllif

Xuraman
Haqqında
Çox da bi şey deyil
Əlaqə
E-mail:
memmedova.xuraman@list.ru
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.0417 saniye