Oxuyur səmanın buludları da
Kamran İsayev tərəfindən "Şeir" bolməsinə 16:55 30 oktyabr 2016 tarixində əlavə olunmuşdur

Döyür pəncərəni bu gecəyarı, Dəli rəqs eyləyən küləklərə bax! Hər yağış damlası not olub düşür, Araya qarışmış şimşəklərə bax! • Təbiət özündə rəqs edir bugün, Bu qədər pəncərəm döyülməmişdi ! Qaranlıq dünyama bu qədər soyuq, Bu qədər damla da hörülməmişdi. • Bu çılğın kainat səs salır yerə, Oxuyur səmanın buludları da. Təbəssüm içində göyə boylanır, Yanında yoldaşı qoca qarı da.. • Bu ifa bizimçün səslənir demə, Bu eşqin ətrinə bürünmüş külək. Hər yerə toxunan yağış damlası, Rəsmini əks edir gülümsəyərək. • Səni də, məni də səsləyir səma. Biz ki bu şəhərin ta nərəsində? Mən öz mənzilimin eyvanındayam, Sən öz mənzilinin pəncərəsində. • Bir şimşək səsi də sarsıdır bizi, Aynadan üç damla sürüşür indi. Xəbərsiz zillənən baxışlarımız Eyni bir səmada görüşür indi.


 


... dəfə oxunub
Qiymət: 10/10(1 səs)
[qiymət ver ]
Şərh yaz
7+23=
Hesaba giriş
Müəllif

Kamran İsayev
Haqqında
Təxəllüs - Karani. Kamran Karani.
Əlaqə
Tel.:
0703738828
E-mail:
kkamrankarani@gmail.com
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.0279 saniye