Öyrəşirəm
Amin Mehdi tərəfindən "Şeir" bolməsinə 20:27 25 sentyabr 2015 tarixində əlavə olunmuşdur

İndi
Bakıda kirayə qaldığım evə,
Yeni məhləmizə,
Qonşulara,
Həyətdəki insanlara öyrəşirəm
Və öyrəşirəm
Divarların qollarında
Özüm üçün darıxmağa.
Qapıların səssizliyində
Barmaqlarının sükütuna.
Pəncərənin günəş döyən yanlarından
Qaranlığa qaçmağa.
Şəkildəki gözlərində
Darıxmağa öyrəşirəm.
Məhəccər önündə kitab,tütün qutum
Və isti çayımdan aldığım
Hər qurtuma,
Pəncərədən mənə boylanan
Yad qadınlara,
Yad insanlara,
Güzgüdə gözlərimdəki uzaqlara
Addım-addım yaxınlaşıb
Öyrəşirəm.
İndi əvvəllərə baxanda
Daha tez-tez yoruluram,
Sıxılıram özümdən.
Bir nəfərlik təkliyimi yaşayıram
9-cu mərtəbədə.
Kafkanı,Satrı oxuduqca
Müqəddəsləşdirirəm təkliyi,
Kədəri
Və ən əsası sənsizliyi.
İndi həm də,əsmər qadınım,
Yoxluğuna öyrəşirəm.
Heç barışmadığım yoxluğuna.


... dəfə oxunub
Qiymət: 9/10(1 səs)
[qiymət ver ]
Şərh yaz
5+32=
Hesaba giriş
Müəllif

Amin Mehdi
Haqqında
Qafqaz Universiteti (tərcümə)
Əlaqə
E-mail:
aminmehdi01@gmail.com
Sosial şəbəkə:
Facebook
Twitter
Ordenlər
Nazim Hikmət Ordeni
YouTube-da izlə
Facebook
0.0218 saniye